Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı
23.07.2025 13:02 İqtisadiyyat

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində keçirilmiş görüşlərdə iqtisadi tərəfdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.

TodayPress TV İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, M. Cabbarov səfər çərçivəsində bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşüb.

Görüşdə Azərbaycan-Çexiya əlaqələrinə önəm verildiyi, tərəfdaşlığın genişləndirilməsində Azərbaycan Hökuməti və Çexiya Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın rolu, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, enerji, sənaye, nəqliyyat, tranzit, turizm və investisiyalar üzrə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Çexiyanın nəqliyyat naziri Martin Kupka ilə görüşdə Azərbaycanın sosial-iqtisadi hədəfləri və onlara nail olunması məqsədilə görülən işlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, yeni reallıqlar şəraitində artan nəqliyyat-tranzit potensialı, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Bildirilib ki, nəqliyat və tranzit istiqamətləri Çexiya ilə iqtisadi sahədə əməkdaşlığın prioritet istiqamətlərindəndir. Görüşdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələrinə dair fikir mübadiləsi olub. Tərəflər innovativ ekosistem, kosmik sənaye və startaplar üzrə irəli sürülən təklifləri müzakirə ediblər.

Çexiyanın “Agrofert” şirkətinin sədr müavini Petr Cingri ilə görüşdə aqrar sahədə səmərəli fəaliyyətin və dayanıqlı istehsala keçidin əhəmiyyəti vurğulanıb. Azərbaycanda xarici investorlar üçün yaradılmış fürsətlər və potensial əməkdaşlıq istiqamətləri diqqətə çatdırılıb. “Agrofert” şirkəti ölkəmizdə yaradılan əlverişli biznes mühitindən yararlanmaqla fəal işbirliyinə dəvət olunub.

“Skoda Group”un icraçı sədr müavini Tomas İqnaçak ilə görüşdə Azərbaycanın iqtisadi prioritetləri, ölkəmizdə yaşıl texnologiyaların tətbiqi barədə məlumat verilib. “Skoda Group” ilə əməkdaşlıq və şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin Azərbaycanda tətbiqi imkanları barədə müzakirə aparılıb.

FOTOLAR

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 1
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 2
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 3
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 4
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 5
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 6
Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığa dair müzakirələr apardı — 7
XƏBƏR LENTİ
07 AVQUST 2026
Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 Bütün Xəbərlər