Azərbaycan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının iclasında iştirak etdi

Azərbaycan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının iclasında iştirak etdi
24.10.2025 11:40 İqtisadiyyat

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Belarusun Brest şəhərində təşkil olunmuş Müstəqil Dövlətlər Birliyinin (MDB) Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 59-cu iclasında iştirak edib.

TodayPress TV agentliyə istinadən xəbər verir ki, hər il təşkil olunan iclasın məqsədi iştirakçı ölkələrin rəqabət siyasəti üzrə əməkdaşlığının gücləndirilməsi, müvafiq sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də rəqabət qurumları arasında qarşılıqlı təcrübə mübadiləsinin təşviq edilməsindən ibarətdir.

E.Bağırov Azərbaycanda ədalətli və rəqabətədavamlı bazar mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Rəqabət Məcəlləsində yer alan iqtisadi təmərküzləşmələr, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı nəzarət mexanizmləri diqqətə çatdırılıb. Eyni zamanda rəqəmsal platforma təsirçilərinin fəaliyyəti üzrə yeni tələblər və inzibati məsuliyyət tədbirlərindən bəhs edilib. Həmçinin istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi, istehlakçıların qanuni mənafeyinin qorunması, biznes subyektlərinin bu sahədə rolunun artırılması məqsədilə təşkil olunan maarifləndirmə tədbirlərinə xüsusi önəm verildiyi vurğulanıb.

İclasda Şuraya üzv dövlətlərin rəqabət siyasəti üzrə təşəbbüsləri və yenilikləri, normativ-hüquqi tənzimləmələrə dair hesabatlar, müvafiq sahədə kadrların peşəkar hazırlığı və ixtisaslaşdırılması məsələlərinə də nəzər salınıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 Bütün Xəbərlər