AMB “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verdi

AMB “İnteraktiv statistik məlumat bazası”nı istifadəyə verdi
19.05.2025 10:19 İqtisadiyyat

Mərkəzi Bank tərəfindən ictimaiyyəti əsas statistik göstəricilər və analitik icmallarla operativ qaydada təmin etmək məqsədilə yeni “İnteraktiv statistik məlumat bazası” (Naviqasiya) yaradılıb. 

TodayPress TV bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Məlumata görə, yeni Naviqasiya sistemi daxili və xarici istifadəçilərin kritik məlumatlara çıxış imkanlarını genişləndirmək məqsədilə 2 dildə (Azərbaycan və İngilis dilləri), funksional və müasir interfeysdə hazırlanıb.

Hazırda Naviqasiya ana səhifə və 5 fərqli bölmədən (Makroiqtisadi statistika, Monetar statistika, Maliyyə sektorunun statistikası, Ödəniş sistemlərinin statistikası və Xarici sektorun statistikası) ibarətdir. Hər bir bölmə üzrə məlumat tutumlu lövhələr, qrafiklər və cədvəllər yer almaqdadır.

Bununla yanaşı, Naviqasiya sistemində ana səhifədə xüsusi “Dinamik xəritə” bölməsi yaradılıbdır ki, bu bölmədə hər bir şəhər (rayon) üzrə ən vacib maliyyə göstəricilərini təhlil etmək mümkündür. 

Bu təşəbbüs elmi-tədqiqat işlərinin aparılması, proqnozlaşdırma, analitik arayışların hazırlanması və s. kimi məqsədlər üçün məlumat bazası rolunda çıxış edəcəkdir.

Növbəti dövrlərdə zərurət olduqca Naviqasiya sisteminin əhatəliliyinin artırılması imkanlarına da baxılacaqdır. 

“İnteraktiv statistik məlumat bazası” Mərkəzi Bankın rəsmi internet səhifəsində Statistika bölməsinə inteqrasiya edilib. 

“İnteraktiv statistik məlumat bazası”na aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür: 

https://navigation.e-cbar.az /

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər