Netanyahu fars imiş - DNT-si açıqlandı

Netanyahu fars imiş - DNT-si açıqlandı
01.06.2026 12:03

İsrailin Baş naziri Benyamin Netanyahunun genetik mənşəyi məlum olub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan DNT Layihəsinin rəhbəri, genetik-tədqiqatçı və irsi xəstəliklər araşdırmaçısı Orxan Xansuvar məlumat verib.


Onun sözlərinə görə, Netanyahu ailəsinin Y-DNT nəticələri ictimaiyyətə açıq mənbələrdə mövcuddur və analizlər ailənin ata xətti üzrə mənşəyinə dair müəyyən nəticələr ortaya qoyur.

"İsrailin Baş naziri Benyamin Netanyahunun Y-DNT nəticəsi bəllidir. Testi birbaşa qardaşı İdo Netanyahu verib. Hətta Netanyahunun oğlu Yairin də nümunəsi mövcuddur. Belə ki, onlar R1a haploqrupunun Y2619 subkladının Y2630 alt qolunu daşıyırlar".

Tədqiqatçı qeyd edib ki, bu genetik qol xüsusilə Aşkenazi yəhudiləri arasında geniş yayılıb.

"Təxmini olaraq 750-ci illərdə Netanyahu ata xətti ilə çoxu Polşa yəhudilərindən ibarət olan Aşkenazi icmaları ilə birləşir. R-Y2619 variasiyası dünya üzrə yəhudi əhalisində müəyyən edilmiş yüzlərlə Y-DNT qolundan biridir və xüsusilə Levi mənşəli Aşkenazi kişilərində yüksək tezliklə müşahidə olunur".

Orxan Xansuvarın sözlərinə görə, genetik araşdırmalar bu variasiyanın təxminən 2900 il əvvəl formalaşdığını göstərir.

"Bu variasiya təxminən 2900 il əvvəl yaranıb və eramızın 700-cü illərində Fransada formalaşan erkən Aşkenazi icmalarına qoşulan bir kişidə mövcud olduğu görünür. Maraqlıdır ki, ən yaxın qohumluq əlaqələri Son Tunc dövrünə aid nümunələrdə və hazırda İran ərazisində aşkarlanıb. Bu baxımdan həmin subklad daha çox İran mənşəli genetik qol hesab olunur. Eyni genetik qol İsrailin keçmiş prezidenti Xaim Herzoqda da müşahidə olunub. Digər maraqlı fakt odur ki, İsrailin 1983–1993-cü illərdə prezidenti olmuş Xaim Herzoq da bu subkladı daşıyır. Bu, həmin genetik qolun Aşkenazi-Levi ənənəsində mühüm yer tutduğunu göstərən nümunələrdən biridir".

O bildirib ki, mövzu ilə bağlı elmi məqalələr, genetik layihələr və DNT ağacları üzrə məlumatlar açıq mənbələrdə yerləşdirilib və araşdırma aparmaq istəyən şəxslər həmin materiallarla tanış ola bilərlər.

Qeyd edək ki, Benyamin Netanyahu İsrailin hazırkı baş naziridir və ölkə tarixində ən uzun müddət bu vəzifəni icra edən siyasətçidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Bütün Xəbərlər