Köpəkbalığı hücumunda ayağını itirən futbolçu danışdı

Köpəkbalığı hücumunda ayağını itirən futbolçu danışdı
04.05.2026 18:15

Maldiv adalarında bal ayında olarkən köpəkbalığının hücumuna məruz qalaraq ayağını itirən ispaniyalı yarıpeşəkar futbolçu və ginekoloq Borja Qarsiya Sousa gələcəklə bağlı planlarını bölüşüb.

TodayPress TV xəbər verir ki, bu haqda "Gazeta.ru"da məqalə dərc olunub.

Belə ki, 31 yaşlı futzalçı aprelin 11-də Kuddhu adası yaxınlığında pələng köpəkbalığının hücumuna məruz qaldıqdan sonra sağ ayağını itirib. Sousanın həyat yoldaşının sözlərinə görə, “Köpəkbalığı bir dişləmə ilə ərimin ayağının dizdən aşağı hissəsindəki bütün əti qopardı”.

Məlumata görə, hadisə tur operatorunun səhlənkarlığı nəticəsində baş verib. Belə ki, turist qrupu ac və aqressiv köpəkbalıqlarının müşahidə oluna biləcəyi balıq emalı müəssisəsinin yaxınlığında suya daxil olub. Həkimlər əsas damarların geri dönməz şəkildə zədələnməsi və uzun müddət davam edən işemiya səbəbindən ayağın amputasiya edilməsinə qərar veriblər.

Male şəhərindəki xəstəxanada müalicə alan ispan gələcəklə bağlı düşüncələrini bölüşüb:

“İspaniyaya qayıtmağı, ağrıyana qədər gülməyi, duyğulardan ağlamağı, sanki zaman dayanmış kimi sevdiklərimi qucaqlayıb öpməyi necə də arzulayıram”, – deyə o bildirib.

Sousa yaşadığı ağır itkiyə baxmayaraq, bu sınağın onu sındırmadığını vurğulayıb:

“Həyat yoldaşımla bir an belə bunun yolumuzda aşılmaz maneəyə çevriləcəyinə inanmadıq. Biz irəliləmək üçün mütləq bir yol tapacağımıza əmin idik”.

O, həmçinin həyat yoldaşına təşəkkür edərək, onu belə ağır sınaqda yanında ola biləcək ən güclü insan adlandırıb.

Hazırda Sousa Maldiv adalarında qalır və vətəninə qayıtmaq üçün tibbi icazə gözləyir. O, İspaniyaya döndükdən sonra uzunmüddətli fiziki və psixoloji reabilitasiya prosesinə başlayacaq.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər