II Qareginin “övladı var” ? - Paşinyanın iddiaları düz çıxsa...

II Qareginin “övladı var” ? - Paşinyanın iddiaları düz çıxsa...
04.06.2025 14:48

“II Qaregin bütün ermənilərin katolikosu ola bilməz”.

Ermənistan Baş naziri Nikol Paşinyanın bu fikri təkcə dini çevrələrdə yox, ictimai və siyasi arenada da geniş rezonans doğurdu. Paşinyanın iddiasına görə, o, subaylıq andını pozub və övladı var.

Bəs subaylıq andı nədir? Qanun, yoxsa rəmz?

TodayPress TV-nin araşdırmasına görə, həm Katolik, həm də Pravoslav dünyasında ruhanilərin ailə həyatı ilə bağlı qaydalar zaman-zaman dəyişib. 

Katolik kilsəsində bu məsələyə yanaşma çox sərtdir və qaydalar orta əsrlərdən bəri dəyişməyib. Başlanğıcda, ilk xristian icmalarda keşişlər evli ola bilərdi. Hətta apostollardan biri olan Peterin qayınanasının olduğu İncildə qeyd olunur. Ancaq zamanla dəyişiklik başladı. VII əsrdən başlayaraq yepiskoplar üçün subaylıq məcburi hala gəldi, lakin digər ruhanilər üçün bu qayda sərt tətbiq olunmurdu.

Məhz XI əsrdə Papa VII Qriqori tərəfindən kilsədə böyük islahat aparıldı. O, keşişlərə və diyakonlara evlənməyi qəti qadağan etdi. Bu qərarın arxasında həm dini motivlər, həm də siyasi və inzibati məqamlar dayanırdı. Subay ruhanilər kilsəyə miras qoymurdular, ailə mülkiyyəti ilə bağlı problemlər yox idi və tam itaətlə xidmət edirdilər.

Bu qadağa teoloji əsasla da müdafiə olundu: “Keşiş İsa Məsihin təmsilçisidir. İsa tənhalıq içində yaşamışdı, ruhanilər də belə olmalıdır”. Beləliklə, “selibat” – yəni subaylıq andı Tanrıya sadiqliyin və kilsəyə bağlılığın simvoluna çevrildi.

Lakin zamanla bəzi istisnalar da formalaşdı. Məsələn, rütbə almasından əvvəl evlənmiş katolik ruhanilər boşanmağa məcbur edilmirdi. Həmçinin, kilsədə yüksək vəzifə istəməyən bəzi katolik ruhanilərə evlənməyə güzəşt edilə bilir.

Pravoslav kilsəsində isə subaylıq andı fərqləndirilmiş sistemlə tənzimlənir. Burada “qara ruhani” (rahiblər) və “ağ ruhani” (evli keşişlər) anlayışı var. Əgər kimsə rahib olursa – yəni əlini dünyadan tam çəkib yalnız Tanrıya xidmət edəcəksə, o zaman ömürlük subaylıq andı verməlidir. Bu, yepiskopluğa və katolikosluğa gedən yeganə yoldur.

Digər tərəfdən, evli kişilər də keşiş ola bilər. Amma yalnız ruhaniliyə qəbul olunmazdan əvvəl evlənmək şərti ilə. Bu evlilik ilk və yeganə olmalıdır. Yəni, keşiş dul qalarsa, ikinci dəfə evlənməsi mümkün deyil. Bundan əlavə, evli keşişlər yüksək vəzifələrə (yepiskop, patriarx, katolikos və s.) seçilə bilməzlər.

Bu yanaşmanın kökündə ailənin Tanrı tərəfindən müəyyən olunmuş bir təbii vəziyyət kimi qəbul edilməsi dayanır. Həm də praktiki tərəfi var: Ailəsi olan bir keşiş, ailə problemləri ilə üzləşən dindarlarla daha empatik davranır, “ailəni bilməyən, ailəni necə yönəldə bilər?” sualı pravoslav dünyasında səslənir.

Məsələn, Patriarx Kirill rahib olaraq subaylıq andı verib və heç vaxt ailə həyatı qurmayıb. Bu, onun patriarx seçilməsinə yol açan əsaslardan biri olub.

Əgər Paşinyanın iddiası doğrudursa və Katolikosun övladı varsa, bu, onun rahiblik andını pozduğu və dolayısıyla apostol kilsəsinin əsas qanunlarını ayaqladığı anlamına gəlir. Bu təkcə mənəvi və dini məsələ deyil. Çünki Katolikos sadəcə dini lider deyil, erməni xalqının simvolik və siyasi fiqurudur. Onun nüfuzu dövlət başçısının nüfuzuna yaxın mövqedədir.

Siyasi baxımdan Paşinyan erməni cəmiyyətinə demək istəyir ki, sizə mənəviyyatdan danışan adam özü ən əsas andını pozub. Ona inana bilməzsiniz.

Bu, həm də Ermənistanda dövlət-kilsə münasibətlərinin çarpışma nöqtəsidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Bütün Xəbərlər