ABŞ laboratoriya üçün "başsız insan" yaratmaq istəyir

ABŞ laboratoriya üçün "başsız insan" yaratmaq istəyir
27.03.2026 18:45

ABŞ-dən olan tədqiqatçılar, sahibkar investorların dəstəyi ilə, laboratoriya heyvanlarını "başsız insanlarla" əvəz etməyi planlayırlar.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Jurnalistlərin bildirdiyinə görə, startap layihəsinin bir hissəsi olaraq alimlər anonim insan hüceyrələrindən yetişdirilmiş "orqan torbaları" yaratmaq niyyətindədir. Onlar bu torbalardan laboratoriya tədqiqatlarında istifadə etməyi planlaşdırırlar.

Eyni zamanda qeyd olunur ki, şirkətin əsas məqsədi heyvanları əzabdan xilas etməyə yönəlmiş humanist yanaşmadır. İnvestorlar isə bu inkişafın uzunömürlülük təbabətində də potensialı olduğunu görürlər.

Bir investor nəşrə bildirib: "Əgər insana bənzər, başsız, duyğusuz bir bədən yarada bilsək, bu, orqanlar üçün əla bir mənbə olardı."

İdeya ondan ibarətdir ki, "orqan torbaları"nda ən vacib insan orqanı – beyin yoxdur. "R3 Bio" (layihənin adı) artıq "başsız insanlar" yaratmaq texnologiyasına malikdir. Təcrübələr başsız siçanların yetişdirilməsində uğurla nəticələnib. Növbəti addım meymunlar, daha sonra isə insan hüceyrələrindən hazırlanmış "teloidlər" yetişdirməkdir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Bütün Xəbərlər