Virtual reallıq ağrı dözümlülüyünü artırır

Virtual reallıq ağrı dözümlülüyünü artırır
03.10.2025 18:45 İKT

Kornel Universitetinin tədqiqatçıları virtual reallıqda (VR) sosial qarşılıqlı əlaqənin insanın ağrıya qarşı dözümlülüyünü artıra biləcəyini müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, bu nəticələr "Pain Medicine" jurnalında dərc olunub.

Tədqiqatda 70 tələbə iştirak edib. Onlardan istilik cihazında əllərini saxlamaqları tələb olunub, istilik isə ağrının dözülməz həddinə qədər artırılıb. 

Təcrübə zamanı dörd fərqli ssenari müşahidə olunub:

-VR-da dost və ya qohumla ünsiyyət

-Onlarla video zəng

-VR-da yad adamla ünsiyyət

-VR-də tək olmaq

Nəticələr göstərib ki, həm yaxınları, həm də yad adamlarla VR vasitəsilə ünsiyyətdə olan iştirakçılar ağrıya qarşı daha yüksək dözümlülük nümayiş etdiriblər. 

Tədqiqat müəllifləri bildirirlər ki, bu nəticələr klinikalarda yeni ağrı kəsici metodların yaradılması üçün perspektivlidir. Virtual reallıq xəstələrin diqqətini yayındırmaqla yanaşı, onlarda mühüm sosial dəstək hissi də yarada bilər və beləliklə, tibb sahəsində faydalı bir vasitə ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın öldürüldü, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bütün Xəbərlər