TikTok rəqəmsal savadlılıq mövzusunda layihəyə start verdi

TikTok rəqəmsal savadlılıq mövzusunda layihəyə start verdi
25.06.2025 12:04 İKT

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə rəqəmsal savadlılığın əsaslarını öyrətməkdir. Həmçinin, cəmiyyətin rəqəmsal rifahını davamlı şəkildə dəstəkləmək çərçivəsində TikTok bütün istifadəçilər üçün istirahət etməyə və yuxuya hazırlaşmağa kömək edən meditasiya fasilələrini istifadəyə verib.

TodayPress TV xəbər verir ki, Qısa videolar üçün aparıcı platforma olan TikTok, Azərbaycanda yerli istifadəçilərin təhlükəsizliyini əsas prioritet kimi görür və yaradıcı fəaliyyət üçün dost mühitin formalaşmasına töhfə verir. Təhlükəsizliyi təmin etmək məqsədilə TikTok ən son innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində çalışan on minlərlə peşəkar mütəxəssislərin əməyindən istifadə edir. Xüsusilə, platformada 24/7 rejimində aparılan moderasiya prosesi İcma Qaydalarını pozan videoməzmunu silir.

Onlayn təhlükəsizlik barədə maarifləndirici videolar

Platforma təkcə təhlükəli məzmunu proaktiv şəkildə silməklə kifayətlənmir, həm də istifadəçilər üçün risklərin qarşısını almağa çalışır və bu məqsədlə öz istifadəçilərinin maarifləndirilməsinə investisiya yatırır. TikTok Azərbaycanda rəqəmsal savadlılığın və təhlükəsiz məzmunun yaradılmasının əsaslarını təşviq etmək üçün ilk təşəbbüsünü - məşhur məzmun yaradıcılarından Azərbaycan dilində #ÖncəTəhlükəsizlik adlı maarifləndirici videolar silsiləsini təqdim edir. Bu videolar istifadəçilərə platformada davranış qaydalarını və faydalı alətləri xatırlatmağı hədəfləyir:

@donmazhussein potensial olaraq İcma Qaydalarını poza biləcək məzmunlar barədə necə şikayət etmək lazım olduğunu izah edib.

@qarajda platformada nifrət və ayrı-seçkilik təzahürlərinə qəti qadağa qoyulduğunu vurğulayıb.

@rusmaster.rusdili istifadəçiləri ayıq-sayıq olmağa və dələduzların tələlərinə düşməməyə çağırıb.

@dailybaku valideynlərə yeniyetmələrin təhlükəsizlik parametrlərini idarə etməsinə imkan verən “Ailə Parametrləri” funksiyasını xatırladıb.

@myvan_life TikTok-un yalnız 13 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulduğunu qeyd edib.

@rufan_amiraslanov platformada təhlükəli hərəkətlərin nümayişinə icazə verilmədiyini bildirib.

@haciseferov isə internetdə rast gəlinən məlumatların yalnız etibarlı mənbələrdən yoxlanılmalı və təsdiqlənməmiş informasiyaların yayılmamalı olduğunu vurğulayıb.

Canlı yayım qaydaları haqqında vebinar

Bundan əlavə, ötən il TikTok həm streamer, həm də canlı yayım izləyiciləri üçün daha pozitiv və təhlükəsiz təcrübə təmin etmək məqsədilə canlı yayımların monetizasiyası üzrə yeni qaydalar təqdim edib. Bu qaydalara əsasən, bəzi hallarda kontenti aşağı keyfiyyətli və ya kontenti real olmayan istifadəçilər TikTok LIVE zamanı qazanc əldə edə bilməzlər. #ÖncəTəhlükəsizlik layihəsi çərçivəsində TikTok LIVE istifadəçiləri üçün platformanın İcma Qaydaları və canlı yayımın monetizasiya qaydaları barədə məlumat veriləcək xüsusi vebinar təşkil ediləcək. Maarifləndirici canlı yayıma 2 iyul, saat 17:00-da @tiktoklive_eecca hesabında qoşulmaq mümkün olacaq. Xatırladaq ki, TikTok platforması canlı yayım aparan istifadəçilərə öz sahələri üzrə ən ciddi tələblərdən birini qoyur: canlı yayıma başlamaq üçün istifadəçinin yaşı minimum 18 olmalı və hesab kriteriyalara uyğun olmalıdır.

Meditasiya fasilələri: tətbiqdən uzaqlaşmaq üçün yeni funksiya

TikTok istifadəçilərin təhlükəsizliyi və rəqəmsal rifahı üçün alətləri daim təkmilləşdirir. Yaxın zamanda platforma yeniyetmə istifadəçilər üçün yeni bir funksiyanı – “meditasiya fasilələri”ni təqdim edib. Bu funksiya onları gecə saatlarında tətbiqdən fasilə verməyə təşviq edir. Testlərin nəticələrinə görə, yeniyetmələrin 98%-i bu funksiyanı aktiv saxlayaraq, tətbiqdən yuxularına mane olmayacaq şəkildə istifadə etməyi seçib. Araşdırmalar göstərir ki, meditasiya bütün yaş qruplarında yuxunun keyfiyyətini yaxşılaşdıra bilər. Bu səbəbdən TikTok meditasiya fasilələrini bütün istifadəçilər üçün əlçatan edib. 18 yaşdan kiçiklər üçün bu funksiya avtomatik aktiv olacaq: əgər onlar saat 22:00-dan sonra tətbiqdən istifadə etsələr, onların tövsiyə lentində meditasiya məşqi təklif edən xüsusi video görünəcək. Böyüklər isə bu funksiyanı ekran vaxtı parametrlərində özləri tənzimləyə bilərlər.

XƏBƏR LENTİ
16 IYUN 2026
Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəbdə nə geyinmək olar? Müəllimlər üçün yeni standart 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Bütün Xəbərlər