Süni intellektlə bağlı 8 yeni dövlət standartının təqdimatı keçirildi

Süni intellektlə bağlı 8 yeni dövlət standartının təqdimatı keçirildi
11.12.2025 16:39 İKT

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Medianın İnkişafı Agentliyi və AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Süni intellekt standartlarının media kommunikasiyası” mövzusunda təqdimat keçirilib.

TodayPress TV  xəbər verir ki, tədbirin əsas məqsədi süni intellekt sahəsində qəbul edilən dövlət standartları barədə media nümayəndələrini məlumatlandırmaq, sözügedən sahədə düzgün, dəqiq və məsuliyyətli ictimai kommunikasiya mühitinin formalaşdırılmasına dəstək göstərmək olub.

Görüş zamanı media nümayəndələrinə süni intellekt üzrə mövcud normativ baza, standartlaşdırma proseslərinin mahiyyəti və bu proseslərin dövlət, biznes, cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində Azərbaycanda indiyədək qəbul edilmiş 8 süni intellekt dövlət standartı barədə geniş təqdimat nümayiş etdirilərək qeyd olunub ki, sözügedən standartlar süni intellekt sistemlərində terminologiyanın vahidləşdirilməsi, risklərin idarəolunması, idarəetmə və etibarlılıq mexanizmlərinin təkmilləşdirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Bu standartlar ölkədə süni intellekt ekosisteminin düzgün, təhlükəsiz və beynəlxalq tələblərə uyğun şəkildə formalaşdırılması üçün əsas baza rolunu oynayır.

Təqdimat zamanı sahə üzrə müxtəlif dövlət və ictimai qurumları özündə birləşdirən informasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin fəaliyyətindən bəhs edilib. Bildirilib ki, süni intellekt üzrə dövlət standartlarının hazırlanması və uyğunlaşdırılması prosesi Texniki Komitənin koordinatorluğu ilə həyata keçirilir və Komitə beynəlxalq texniki qurumlarla əməkdaşlıq etməklə Azərbaycan üçün zəruri olan Sİ standartlarının seçilməsi, işlənməsi və təsdiqinin təmin edilməsində mühüm rol oynayır. Bu əməkdaşlıq ölkənin süni intellekt sahəsində qlobal standartlaşdırma təşəbbüslərinə inteqrasiyasını gücləndirir.

Vurğulanıb ki, süni intellekt ekosisteminin sağlam və etibarlı şəkildə inkişaf etdirilməsi üçün standartların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Sözügedən standartlar informasiya dəqiqliyinin təmin edilməsinə, yanlış və qeyri-dəqiq məlumatların qarşısının alınmasına, süni intellekt sistemlərində şəffaflıq və etimadın artırılmasına, risklərin düzgün idarə edilməsinə və innovativ texnologiyaların təhlükəsiz tətbiqinə xidmət edir.

TodayPress TV


XƏBƏR LENTİ
31 IYUL 2026
İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 Bütün Xəbərlər