“Süni intellekt liderliyi” təlimi başladı

“Süni intellekt liderliyi” təlimi başladı
17.12.2025 12:50 İKT

16 -17 dekabr 2025-ci il tarixində Bakıda AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə bir sıra dövlət qurumlarının rəhbər şəxsləri üçün yüksəksəviyyəli “Artificial Intelligence (AI) Leadership” adlı təlimini həyata keçirir.

TodayPress TV xəbər verir ki, Stanford Engineering Center for Global & Online Education-in rəhbəri Karissa Little proqramın açılış nitqi ilə çıxış edərək iştirakçıları salamladı və dövlət idarəçiliyində qərarvermə proseslərinin gücləndirilməsi, eləcə də süni intellektin məsuliyyətli tətbiqinə rəhbərlik edilməsi baxımından Sİ-yə əsaslanan liderliyin əhəmiyyətini vurğuladı.

“Texnoloji imkanlarla yanaşı, insan kapitalının inkişafı süni intellektin tətbiqi ilə bağlı uzunmüddətli transformasiyanın əsas sütunlarından biridir,” – deyə AZCON Holding-in icraçı direktorunun müşaviri Aysel Soltanova vurğulayıb. İdarəetmədə liderliyin inkişafına yönəlmiş təşəbbüslərin dövlət institutlarına süni intellekt texnologiyalarını məsuliyyətli və effektiv şəkildə tətbiq etmək imkanı verdiyini qeyd edib.

Qeyd edək ki, “Stanford Engineering Center for Global & Online Education” tərəfindən həyata keçirilən və iki gün davam edəcək təlimin məqsədi dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi üzrə strateji biliklərin artırılması, məlumat yönümlü qərarvermə praktikasının gücləndirilməsi və ölkənin innovasiya ekosisteminin inkişafına institusional dəstəyin genişləndirilməsi olacaq. Təlim müddətində iştirakçılar süni intellektin idarəetmə proseslərində rolu, tətbiq sahələri, potensial transformasiya imkanları və risklərin idarə olunması ilə bağlı qabaqcıl beynəlxalq yanaşmalarla tanış olurlar.

Bakıya səfər edən Stanford təlimçiləri tədrisi üç əsas strateji istiqamət – süni intellekt ekosistemi, süni intellekt ilə güclənən təşkilatlar, təsir üçün süni intellekt innovasiyası üzrə həyata keçirirlər. 

Proqramı uğurla tamamlayan iştirakçılara “Stanford Engineering Center for Global & Online Education” tərəfindən sertifikatlar təqdim olunacaq.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 Bütün Xəbərlər