"SİMA İmza" ilə "Expressbank"da depozit yerləşdirilməsi rəqəmsallaşdı

"SİMA İmza" ilə "Expressbank"da depozit yerləşdirilməsi rəqəmsallaşdı
22.01.2026 11:38 İKT

SİMA yeni nəsil rəqəmsal imza "Expressbank" ASC ilə tərəfdaşlığa başlayıb.

TodayPress TV xəbər verir ki, artıq "Expressbank"da əmanətlərin yerləşdirilməsi prosesi "SİMA İmza" ilə rəqəmsallaşdırılıb.

Bunun üçün müştərilər banka gəlmədən, "Express24" mobil tətbiqində hesab yaradıb, daha sonra müqavilələri "SİMA İmza" ilə məsafədən imzalayaraq əmanətlərini yerləşdirə bilərlər. Xidmətdən istifadə zamanı heç bir fiziki sənəd tələb edilmir.

Hazırda "Expressbank"da "SİMA İmza" ilə digər bank əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində də işlər aparılır.

SİMA rəqəmsal imzanı AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC yaradıb. "SİMA İmza" ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün həmişəlik, sahibkarlar üçün isə ilk 6 ay müddətində ödənişsiz təqdim edilir.

Rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və "157" Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər