Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri

Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri
03.06.2026 11:46 İKT

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 2 iyun tarixli Fərmanı ilə Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi  təsdiq edilib.

Azərbaycan Respublikasının Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) ölkənin rəqəmsal təhlükəsizliyinin təmin edilməsində əsas tənzimləyici və koordinasiyaedici qurum kimi fəaliyyət göstərir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Agentlik kibertəhlükəsizlik sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir.

Agentliyin əsas məqsədi ölkənin rəqəmsal məkanında dayanıqlılığı gücləndirmək, kiberhücumların qarşısını almaq və informasiya sistemlərinin təhlükəsizliyini artırmaqdır. MKA bu istiqamətdə həm dövlət qurumları, həm də özəl sektor və vətəndaşlarla əməkdaşlıq edir.

Qurumun fəaliyyət sahələri arasında milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin (CERT) işinin təşkili, kibertəhdidlərin aşkarlanması və aradan qaldırılması, normativ-hüquqi aktların hazırlanması, fərdi məlumatların qorunması və internet mühitində qanunsuz məzmunun məhdudlaşdırılması yer alır.

Bununla yanaşı, Agentlik ölkədə kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirir, vətəndaşlara və təşkilatlara metodiki dəstək göstərir.

MKA İdarə Heyətinin sədri və üç müavindən ibarət idarəetmə strukturu vasitəsilə fəaliyyət göstərir. Agentliyin maliyyə təminatı dövlət büdcəsi, qrantlar, ianələr və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. 

Ekspertlər hesab edirlər ki, MKA-nın fəaliyyət modeli dövlət tənzimlənməsi ilə çevik idarəetmə arasında balans yaradaraq ölkənin kiberdayanıqlılığının artırılmasına xidmət edir. Agentlik digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə çalışaraq təhlükəsiz və dayanıqlı rəqəmsal mühitin formalaşdırılmasını hədəfləyir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər