Azərbaycan “Qlobal İnnovasiya İndeksi”ndə mövqeyini bir pillə yaxşılaşdırdı

Azərbaycan “Qlobal İnnovasiya İndeksi”ndə mövqeyini bir pillə yaxşılaşdırdı
16.09.2025 20:10 İKT

2025-ci il üçün “İnnovasiyalar yolayrıcında: gələcəyin müəyyən edilməsi” adlı Qlobal İnnovasiya İndeksi (Qİİ) dərc olunub.

TodayPress TV xəbər verir ki, ABŞ-nin Portulans İnstitutu və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşr etdikləri sayca 18-ci olan bu buraxılış 139 ölkənin iqtisadiyyatını əhatə edərək onların innovasiya sahəsindəki güclü və zəif tərəflərini göstərir.

Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialı, nəticələri və institusional mühitini əhatə edən 80 indikator-göstərici əsasında hazırlanıb. Qİİ-2025-in lideri İsveçrədir, onun ardınca İsveç, Amerika Birləşmiş Ştatları, Koreya və Sinqapur gəlir. Ən innovativ on ölkələr sırasında həmçinin Böyük Britaniya, Finlandiya, Niderland, Danimarka və Çin yer alır.

Postsovet məkanında ən yaxşı nəticələri Estoniya (16-cı yer), Litva (33-cü yer) və Latviya (41-ci yer) göstərib. Rusiya 60-cı yerdədir, Azərbaycan isə 2024-cü illə müqayisədə göstəricilərini bir pillə yaxşılaşdıraraq 2025-ci ildə 94-cü yeri tutub.

2025-ci ildə Azərbaycan “innovasiya resursları” subindeksi üzrə 76-cı yeri tutmuş və ötən illə müqayisədə öz göstəricilərini 6 pillə yaxşılaşdırmışdır. “İnnovasiya resursları” subindeksi üzrə Azərbaycan postsovet məkanından olan bir sıra ölkələri qabaqlayır: Ermənistanı (78-ci yer), Ukraynanı (80-ci yer), Moldovanı (89-cu yer), Qırğızıstanı (93-cü yer), Belarusu (102-ci yer) və Tacikistanı (105-ci yer).

“İnnovasiya resursları” subindeksində ölkənin dövlət idarəetmə orqanlarının rolunu əks etdirən “İnstitutlar” subblokunun mövqeyi kifayət qədər yüksəkdir – 41-ci yer, həm də əvvəlki illə müqayisədə 10 pillə irəliləyib. “İnstitutlar” subbloku üzrə Azərbaycan postsovet məkanında Latviyanı (46-cı yer), Özbəkistanı (62-ci yer), Ermənistanı (70-ci yer), Qazaxıstanı (77-ci yer), Moldovanı (91-ci yer), Tacikistanı (102-ci yer), Ukraynanı (108-ci yer), Qırğızıstanı (119-cu yer), Rusiyanı (131-ci yer) və Belarusu (137-ci yer) qabaqlayır.

“İnstitutlar” subblokunda toplanmış “institusional mühit” indikator-göstəricisi (65-ci yer) üzrə, “Müəssisələr üçün operativ sabitlik” indikator-göstəricisi 45-ci yeri tutaraq mövqeyini 3 pillə yaxşılaşdırıb, “Hökumətin effektivliyi” indikator-göstəricisi isə 74-cü yeri tutub. Bu indikator-göstərici üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (90-cı yer), Ermənistanı (82-ci yer), Moldovanı (81-ci yer), Tacikistanı (116-cı yer), Ukraynanı (94-cü yer), Qırğızıstanı (122-ci yer), Rusiyanı (112-ci yer) və Belarusu (128-ci yer) qabaqlayır.

“İnstitutlar” subblokunun “Biznes mühiti” aqreqasiya olunmuş indikator-göstəricisi olduqca yüksək nəticə göstərərək 3-cü yeri tutmuş və 2024-cü illə müqayisədə 12 pillə irəliləmişdir. “Sahibkarlıq siyasəti və mədəniyyəti” indikator-göstəricisi isə 2-ci yeri tutmuşdur. “Biznes aparmaq siyasətinin sabitliyi” indikator-göstəricisi isə 20-ci yerdə qərarlaşmışdır.

"İnsan kapitalı və elm" subblokunun "Orta təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi" indikator-göstəricisi üzrə 67-ci yerdədir, “Orta məktəbdə şagird-müəllim nisbəti” indikator-göstəricisi üzrə yüksək – 20-ci, “PISA üzrə oxu, riyaziyyat və təbiət elmləri üzrə nəticələr” indikator-göstəricisi isə 70-ci yeri tutmuşdur. “Ali təhsil” aqreqasiya olunmuş indikator-göstəricisinin “Elm və texnologiya üzrə məzunlar” indikator-göstəricisi üzrə 36-cı yeri tutmuş və 2024-cü illə müqayisədə 9 pillə yaxşılaşmışdır. “Tədqiqat və inkişaf” aqreqasiya olunmuş indikator-göstəricisinin “Tədqiqatçılar” indikator-göstəricisi üzrə 47-ci, “Qlobal korporasiyaların elmə yatırdığı investisiyalar” indikator-göstəricisi üzrə isə 44-cü yeri tutmuşdur.

“İnfrastruktur” subblokunun “İnformasiya və kommunikasiya texnologiyaları” aqreqasiya olunmuş indikator-göstəricisi üzrə 70-ci yeri tutur və ötən illə müqayisədə reytinqdə öz mövqeyini 14 pilləlik artım göstərmişdir. Bu aqreqasiya olunmuş indikator-göstəricisinin “Dövlətin onlayn xidmətləri” indikator-göstəricisi üzrə 66-cı yerdədir və 15 pilləlik yaxşılaşma nümayiş etdirib. “İnfrastruktur” subblokunun “Elektrik enerjisinin istehsalı” indikator-göstəricisi üzrə 70-ci yeri tutur.

“Bazarın inkişaf səviyyəsi (mürəkkəbliyi)” subbloku üzrə 72-ci yerdədir və 2024-cü illə müqayisədə mövqeyi 42 pillə yaxşılaşmışdır. Bu subblok üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (74-cü yer), Rusiyanı (76-cı yer), Qırğızıstanı (82-ci yer), Ermənistanı (83-cü yer), Ukraynanı (85-ci yer), Moldovanı (88-ci yer), Qazaxıstanı (93-cü yer), Belarusu (102-ci yer) və Tacikistanı (110-cu yer) qabaqlayır.

“Kreditlər” aqreqasiya olunmuş indikator-göstəricisi üzrə yüksək - 37-ci yeri tutmuşdur. “Startapların və kiçik müəssisələrin maliyyələşdirilməsi” indikator-göstəricisi üzrə isə yüksək – 12-ci yeri tutmuşdur.

“Biznesin inkişaf səviyyəsi” subblokunun “Biznes tərəfindən maliyyələşdirilən elmi tədqiqatlar” indikator-göstəricisi üzrə 58-ci yeri tutmuş və ötən illə müqayisədə öz mövqeyini 5 pillə yaxşılaşmışdır. “İnnovasiya əlaqələri” aqreqasiya olunmuş indikator-göstəricisinin (60-cı yer) “Klasterin inkişaf vəziyyəti” indikator-göstəricisi üzrə 30-cu yeri tutmuş, “Elmi-tədqiqat və təcrübə-konstuktiv işlər sahəsində universitetlər və sənaye arasında əməkdaşlıq” indikator-göstəricisi üzrə - 36-cı yeri tutmuşdur. “Biliklərin mənimsənilməsi” aqreqasiya olunmuş indikator-göstəricisinin isə “Əqli mülkiyyətə ödəmələr” indikator-göstəricisi üzrə 69-cu yeri tutmuşdur.

Mühüm nəticəli subindeks “innovasiya nəticələri” subindeksidir. “İnnovasiya nəticələri” subindeksi 2025-ci ildə 112-ci yeri tutmuşdur. "Biliklərin təsiri" aqreqasiya olunmuş indikator-göstəricisinin "Startapların yaradılması" indikator-göstəricisi üzrə 53-cü yeri, "Əmək məhsuldarlığının artması" indikator-göstəricisi isə 55-ci yeri tutmuşdur. Bu indikator-göstərici nəticəverici olub, istehsalata qabaqcıl texnologiyaların tətbiqi, intellektual əmək nəticələri və işçilərin peşəkar bacarıqlarının artırılması ilə əlaqəlidir.

“Kreativ (Yaradıcı) fəaliyyətin nəticələri” subblokunun “Əyləncə və media bazarı” aqreqasiya olunmuş indikator-göstəricisi üzrə 47-ci yerdədir.

Qİİ-2025-də Azərbaycan üzrə əks olunan əqli mülkiyyət göstəricilərinə də xüsusi yer ayrılıb. İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması milli innovasiya prosesində prinsipial əhəmiyyətli rol oynayır və Qİİ-də “Mənşəyinə görə patent müraciətləri” indikator-göstəricisi ilə qiymətləndirilir. Sözügedən indikator-göstərici üzrə Azərbaycan 57-ci yerdədir və Qİİ-2025-in tərtibatçı-ekspertləri tərəfindən ölkənin 10 aparıcı innovasiya nəticəsi sırasına daxil edilmişdir. Bu indikator-göstərici üzrə Azərbaycan postsovet məkanında Ermənistanı (79-cu yer), Moldovanı (64-cü yer) və Tacikistanı (77-ci yer) qabaqlayır. Qeyd etmək lazımdır ki, bu indikator-göstərici üzrə Azərbaycan və Gürcüstan 53-58-ci yerlər qrupunda qərarlaşaraq Cənubi Qafqazda liderliyi bölüşürlər. Digər mühüm indikator-göstərici “Mənşəyinə görə faydalı modellər” və ya “kiçik patentlər”dir və bu indikator-göstərici üzrə reytinqə görə 38-ci yerdədir. “Rezidentlərin əmtəə nişanlarına dair müraciətləri” indikator-göstəricisi əqli mülkiyyətin sənaye obyektlərinə bərabər tutulur və Qİİ-2025-də 71-ci yeri tutur.

Yuxarıda göstərilən ixtiraçılıq aktivliyi göstəriciləri ilə yanaşı, patent fəaliyyəti ilə bağlı nəticələr də təhlil olunub. Bu sahədə ən mühüm indikator-göstərici “Patent ailələri”dir. Qİİ-2025-də Azərbaycan bu indikator-göstərici üzrə 75-ci yeri tutur ki, bu da ötən illə müqayisədə 16 pillə yüksəkdir. Bu indikator-göstərici üzrə Azərbaycan postsovet məkanında Belarusu (76-cı yer), Qazaxıstanı (83-cü yer), Tacikistanı (100-cü yer), Özbəkistanı (100-cü yer) və Qırğızıstanı (100-cü yer) qabaqlayır. “Rezidentlərin PCT üzrə patent müraciətləri” indikator-göstəricisi isə 80-ci yerdə qərarlaşıb.

Qİİ ekspertləri hesab edir ki, ölkəyə vençur kapitalının cəlb edilməsi, xalis birbaşa xarici investisiya axını, ümumi kapital yığımı, vençur investorlarının ortaq iştirakı, universitet sənayesi və beynəlxalq əməkdaşlıq kimi sahələrin inkişafı Azərbaycanda aktuallığını qoruyur və diqqət mərkəzində saxlanılmalıdır.

Ölkənin Qİİ reytinqində mövqeyinin yaxşılaşdırılması üçün ehtiyat imkanlardan biri də hesabatda əksini tapmamış məlumatların vaxtında və tam şəkildə təqdim olunması, eləcə də köhnəlmiş məlumatların (ölkə göstəricilərinin) yenilənməsidir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Bütün Xəbərlər