“Apple” blogeri məhkəməyə verdi

“Apple” blogeri məhkəməyə verdi
21.07.2025 00:00 İKT

“Apple” məşhur “YouTub blogeri Con Prosseri məhkəməyə verib. Şirkət onu “iOS 26” əməliyyat sisteminə aid məxfi görüntüləri qanunsuz əldə edib paylaşmaqda ittiham edir.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “MacRumors” yayıb. 

Bildirilir ki, Prosser ilin əvvəlində yayımladığı videolarda yeni sistemin dizaynını – “Kamera”, “Mesajlar” tətbiqlərinin yenilənmiş görünüşünü və “Liquid Glass” adlı interfeysi göstərib.

“Apple”ın iddiasına görə, bu görüntülər şirkətin əməkdaşı İtan Lipnikə məxsus mühəndis “iPhone”dan sızdırılıb. Prosser Lipnikin dostu Maykl Ramaççiotti ilə birlikdə plan quraraq cihazın məlumatlarını ələ keçirib. Ramaççiotti evə daxil olub, cihazı açaraq Prosserə “FaceTime” zəngi ilə göstərib. Bloger həmin görüntüləri yazıb videoya çevirib.

“Apple” bildirir ki, həmin telefonda başqa məxfi məlumatlar da olub və onların da yayılmasından narahatdır. Şirkət məlumatların yayılmasının qarşısını almaq və dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət edib.

Lipnik artıq “Apple”dan uzaqlaşdırılıb. Con Prosser isə açıqlamasında bu hadisənin təfərrüatlarından xəbərsiz olduğunu və məsələni “Apple” ilə müzakirə etməyə hazır olduğunu bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
30 IYUL 2026
Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Bütün Xəbərlər