Yeddi “Böyük Dəbilqə” qalibi 3-cü raunda yüksələ bilmədi

Yeddi “Böyük Dəbilqə” qalibi 3-cü raunda yüksələ bilmədi
29.08.2025 13:09 İdman

Tennis üzrə US Open – 2025 turnirində 7 “Böyük Dəbilqə” qalibi ilk iki mərhələdə mübarizəni dayandırıb.

TodayPress TV xəbər verir ki, turnirin kişi və qadınlar arasında təkli yarışlarında ümumilikdə 19 “Böyük Dəbilqə” çempionu (5 kişi, 14 qadın) start götürüb. 

Onlardan Vinus Uilyams, Petra Kvitova, Sofiya Kenin, Medison Kiz, Daniil Medvedev və Marin Çiliç ilk raundda, Yelena Ostapenko isə ikinci raundda mübarizəni dayandırıb.

Kişilər arasında üç böyük ulduz – Novak Cokoviç, Karlos Alkaras və Yannık Sinner yarışda qalmaqdadır. Qadınlar arasında İqa Şvyontek, Naomi Osaka, Arina Sobolenko, Kori Qauff, Barbora Kreçikova, Viktoriya Azarenka, Emma Radukanu, Yelena Rıbakinа və Marketa Vondrouşova titul uğrunda mübarizəni davam etdirirlər.

Xatırladaq ki, US Open – 2025 turniri sentyabrın 7-də başa çatacaq. Turnirin bu ilki mükafat fondu 90 milyon dollar təşkil edib. Hazırkı çempionlar kişilərdə Yannık Sinner, qadınlarda isə Arina Sobolenkadır.

Namiq HUN

XƏBƏR LENTİ
01 AVQUST 2026
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Bütün Xəbərlər