“Vaşinqton”da Oveçkinin taleyi ilə bağlı açıqlama verildi

“Vaşinqton”da Oveçkinin taleyi ilə bağlı açıqlama verildi
13.04.2026 14:20 İdman

“Vaşinqton Kepitals” klubun xokkeyçisi Tom Uilson komanda yoldaşı Aleksandr Oveçkinin mümkün karyera sonu ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

“Vaşinqton Kepitals” klubunun hücumçusu Oveçkinin gələcəyi ilə bağlı qərarın yalnız onun özünə məxsus olduğunu bildirib. 

“Bu, onun vidalaşması və əfsanəvi karyerasıdır. O, xokkeyi nə vaxt və necə tərk edəcəyinə özü qərar verəcək. Heç kim bunu onun əvəzinə deyə bilməz. Sonda hər şey Oveçkinin istəyindən asılıdır və məncə, o bunu haqq edir”, – deyə Uilson qeyd edib.

Rusiyalı ulduz cari mövsümdə son ev oyununu “Pittsburq Pinqvinz”ə qarşı keçirib və hələlik NHL-də karyerasını davam etdirib-etdirməyəcəyi barədə açıqlama verməyib.

Qeyd edək ki, Oveçkinin “Vaşinqton Kepitals” ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Komandanın müntəzəm mövsümdə cəmi bir oyunu qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Bütün Xəbərlər