Vaşero Şanxay “Masters”ində rekordu yenilədi

Vaşero Şanxay “Masters”ində rekordu yenilədi
11.10.2025 15:38 İdman

Monakodan olan tennisçi Valanten Vaşero (ATP reytinqində 204-cü yer) Şanxayda keçirilən “Masters” seriyalı turnirdə unikal nailiyyət əldə edib. 

TodayPress TV xəbər verir ki, o, yarımfinalda 24 qat “Böyük Dəbilqə” qalibi, serbiyalı Novak Cokoviçi 6:3, 6:4 hesabı ilə məğlub edərək finala yüksəlib.

Birinci setdə hesab 4:3 Vaşeronun xeyrinə olarkən, 38 yaşlı Cokoviç tibbi fasilə götürüb. Serbiyalı tennisçinin hərəkətlərində narahatlıq müşahidə olunub və fizioterapevt ona ayaq masajı edib. Bu səbəbdən oyunda təşəbbüsü əldən verən Novak yekunda 2 setin cəmində Vaşeroya uduzub.

Qeyd edək ki, Vaşero turnirin əsas mərhələsinə seçmə mərhələdən keçərək düşüb. Matç 1 saat 41 dəqiqə davam edib. 

26 yaşlı Valanten Vaşero, 1990-cı ildən keçirilən “Masters” turnirləri tarixində ən aşağı reytinqə malik finalçı olub.

Bundan əvvəl belə göstərici rumıniyalı Andrey Pavelə məxsus idi. O, 191-ci raketka kimi “Masters” finalına çıxmışdı. Bu seriyada ən aşağı reytinqli çempion isə xorvatiyalı Borna Çoriç sayılır (152-ci raketka).

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 Bütün Xəbərlər