Torubara “İnter Mayami” ulduzlarının gündəlik həyatdakı davranışlarını açıqladı

Torubara “İnter Mayami” ulduzlarının gündəlik həyatdakı davranışlarını açıqladı
31.05.2025 10:45 İdman

“İnter Mayami” klubunun 18 yaşlı qapıçısı Dmitri Torubara komandanın ulduz futbolçuları – Lionel Messi, Luis Suarez, Serxio Buskets və Jordi Alba haqqında maraqlı açıqlamalar verib.

TodayPress TV Torubaranın ua.tribuna.com-a sözlərinə istinadən xəbər verir ki, bu futbolçuların heç biri öz keçmiş nailiyyətləri ilə öyünmür və komanda daxilində özlərini olduqca sadə və təvazökar aparırlar:

“Buskets ümumiyyətlə daha qapalı insandır. Çox mehribandır, səhər yeməyində və naharda həmişə salamlaşır. Heç biri “Mən “Barselona”da oynamışam, sizdən üstünəm” kimi düşünmür. Komandaya bağlıdırlar, gənc oyunçularla da normal münasibət qururlar. Düzdür, ən yaxın dostlar deyilik, amma hər zaman salam verirlər, ünsiyyət qururlar. Heç vaxt elə hiss olunmur ki, onlar hansısa ‘planetlərarası’ ulduzlardır”.

Torubara, xüsusilə Jordi Albanın komandada müsbət atmosfer yaratdığını vurğulayıb:

“Jordi Alba kollektivin ruhudur. Gənclərlə, böyüklərlə, amerikalılarla zarafatlaşır, məşqdən sonra da qalır. Həqiqətən komandada pozitiv bir ab-hava yaradır”.

Messi və Suarez haqqında danışan qapıçı qeyd edib:

“Messi, əvvəlcədən də bildiyiniz kimi, qapalı xarakterlidir. Klubda səhər yeməyi və nahar etmir, şəxsi həkimi və fizioterapevti var. Yəni bir az komandanın kənarındadır, amma məşqlərdə hamı ilə birlikdə olur, ünsiyyət qurur, çox tərbiyəlidir. Heç vaxt salam verməməyi və ya buna bənzər hərəkəti olmayıb. Çox mehriban biridir”.

Qapıçı Messinin fotoşəkillərə qarşı münasibətinə də toxunub:

“Messi şəkil çəkməyə sakit yanaşır. Heç vaxt kiməsə imtina etdiyini görməmişəm. Ətrafında milyonlarla mühafizəçi yoxdur, ancaq bir ciddi mühafizəçisi var – yəqin tanıyırsınız. O qədər ciddidir ki, bütün klub ondan qorxur (gülür). Ona baxanda düşünürsən: ‘Yaxınlaşım, ya yox?”

Torubara bildirib ki, klub daxilində Messidən foto istənilməməsi tövsiyə olunub:

“Deyirdilər ki, Messi üçün bura iş yeridir. Onsuz da evinin və stadionun qarşısında kifayət qədər fanat onu gözləyir. Amma, bu çox çətindir. Messi iki metrliyində olanda şəkil istəməmək mümkün deyil. Bu artıq refleksdir. Mən də nəzakətlə soruşdum və o da razılaşdı”.

Dmitri Torubaranın sözləri, ulduz futbolçuların sadə və dostyana davranışlarının komandada necə təsir yaratdığını bir daha göstərir.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUN 2026
Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 Bütün Xəbərlər