"Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək

"Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək
18.05.2025 09:40 İdman

Misli Premyer Liqasında XXXV turunda bu gün ölkə çempionu"Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək.

TodayPress TV xəbər verir ki, "Azərsun Arena"dakı oyun saat 19:00-da başlayacaq.

Görüşün final fitininin ardından Ağdam təmsilçisinin mükafatlandırma mərasimi baş tutacaq.

83 xala malik "köhlən atlar" qızıl medalları özü üçün təmin edib. 32 xalla səkkizinci olan gəncəlilər isə Premyer Liqada qalacağını ötən turdan rəsmiləşdirib.

Günün ikinci matçı isə "Neftçi" və "Səbail" arasında gerçəkləşəcək. Saat 17:00-da start götürəcək qarşılaşma "Neftçi Arena"da oynanılacaq.

"Ağ-qaralar" 40 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.

"Qarabağ" - "Kəpəz" oyununda olduğu kimi bu görüşdə də qeydə alınacaq istənilən nəticə iki klubun turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək.

Misli Premyer Liqası

IV dövr, XXXV tur

18 may

17:00. "Neftçi" – "Səbail"

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.

VAR: Cavid Cəlilov.

AVAR: Elvin Bayramov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Elman Musayev.

“Neftçi Arena”

19:00. "Qarabağ" – "Kəpəz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov.

VAR: Rəşad Əhmədov.

AVAR: Əli Əliyev.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Azərsun Arena”

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" səfərdə "Sumqayıt"ı, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. "Zirə" – "Sabah" qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər