“Haas” veteranı Romen Qrojan “Formula1” sükanına geri döndü

“Haas” veteranı Romen Qrojan “Formula1” sükanına geri döndü
26.09.2025 15:50 İdman

Romen Qrojan 5 ildən sonra ilk dəfə “Formula1” bolidinə qayıdıb.

TodayPress TV xəbər verir ki, “Formula1”in “Haas” komandası sosial şəbəkələrdə 39 yaşlı fransız pilot Romen Qrojanın İtaliyanın Mucello trasında “Pirelli” testlərinə çıxışı ilə bağlı məlumat yayıb.

Testlər 2026-cı il mövsümü üçün İtaliya istehsalçısının təqdim edəcəyi şinlərin sınağına həsr olunub. 

Qrojan, 2020-ci ildə Bəhreyn Qran Prisində baş verən dəhşətli qəzadan və “Formula1”dən ayrıldıqdan sonra ilk dəfədir ki, yenidən bolid sükanı arxasına keçir. 

Xatırladaq ki, həmin yarışda onun bolidi yüksək sürətlə baryerə çırpılmış, iki yerə bölünmüş və dərhal alışmışdı. Fransız pilot güclü yüklənməyə və alova baxmayaraq, boliddən müstəqil şəkildə çıxaraq əl nahiyələrindən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Mucello trasındakı testlərdə “Haas”la yanaşı, “Ferrari” komandasında çıxış edən Şarl Lekler və Quanuy Çjou da iş başındadır. Çinli pilotu əvəz etməli olan Lyuis Hemilton hazırda öz sevimli iti Rosko ilə birlikdə klinikadadır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 Bütün Xəbərlər