Güləşçilərimiz dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazana bilər

Güləşçilərimiz dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazana bilər
21.08.2025 22:50 İdman

Azərbaycan güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazana bilər.

TodayPress TV xəbər verir ki, yunan-Roma güləşçilərimizdən Ayxan Cavadov (60 kq) misirli Ahmed Şabana və polşalı Qrasyan Jeduta 9:0 hesabıyla qalib gəldikdən sonra türkiyəli Ömər Altaş üzərində inamlı qələbə qazanıb – 8:3.

Ayxan yarımfinalda isə gürcüstanlı Vaxtanq Loluanı “tuş”la xalçadan məyus yola salıb. Cavadov sabah finalda ermənistanlı Yurik Mxitaryanla güləşəcək.

Elmin Əliyev (82 kq) ukraynalı Kirilo Şnirovu 11:4 hesabıyla mübarizədən kənarlaşdırsa da, 1/8 finalda rusiyalı Avropa və dünya çempionu Mixail Şkarinlə bacarmayıb – 0:8. Rəqib finaladək irəlilədiyi üçün Elmin sabah təsəlliverici görüşə çıxacaq.

Qadın güləşçilərdən Zəhra Kərimzadə (72 kq) 1/8 finalda çinli Yuqi Liuya məğlub olub – 0:10. Rəqib finala yüksəldiyi üçün Zəhra sabah təsəlliverici görüşə çıxacaq.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bütün Xəbərlər