FIA rəhbəri: “Biz populyarlıq üçün çalışmırıq”

FIA rəhbəri: “Biz populyarlıq üçün çalışmırıq”
15.05.2026 09:42 İdman

Məhəmməd ben Sulayem Beynəlxalq Avtomobil Federasiyasının (FIA) missiyası və “Formula-1” yarışlarındakı rolu barədə danışıb.

TodayPress TV “Forbes”a istinadən xəbər verir ki, FIA prezidenti federasiyanın əsas məqsədinin idmanda ədaləti qorumaq olduğunu bildirib.

“Əsas məsələ hər şeyin düzgün qaydada getməsinə nəzarət etməkdir. Formula One Management (FOM) kommersiya tərəfini idarə edir, FIA isə texniki və idarəedici tərəfi təmsil edir. Bütün çempionatların sahibi məhz FIA-dır”, - deyə Ben Sulayem bildirib.

O qeyd edib ki, yarışların təşkili üçün promouter lazımdır və FOM bu sahədə etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.

FIA rəhbərinin sözlərinə görə, federasiyanın işi bütün iştirakçılara qarşı ədalətli olmaq və idmanın maraqlarını qorumaqdır.

“Bu, çox çətin missiyadır. FIA-nın heç vaxt azarkeşləri olmayacaq. Çünki insanlar müəyyən komandanı və ya pilotu dəstəkləyirlər. Məsələn, stüardlar beş saniyəlik cərimə verəndə azarkeşlər qəzəblənirlər”, - deyə o vurğulayıb.

Ben Sulayem əlavə edib ki, FIA-nın məqsədi populyarlıq qazanmaq deyil, yarışlarda hamı üçün bərabər və ədalətli qərarların qəbul edilməsini təmin etməkdir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Bütün Xəbərlər