Cüdoçularımız günü 1 qızıl, 4 gümüş və 8 bürünc olmaqla ümumilikdə 13 medalla başa vurdular

Cüdoçularımız günü 1 qızıl, 4 gümüş və 8 bürünc olmaqla ümumilikdə 13 medalla başa vurdular
04.04.2026 23:05 İdman

Aprelin 4-də Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna start verilib.

TodayPress TV xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq turnirin ilk günündə 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.

Azərbaycan cüdoçuları günü 1 qızıl, 4 gümüş və 8 bürünc olmaqla ümumilikdə 13 medalla başa vurublar.

Rza Xəlilli (-55 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fatimə Fərmanzadə (-48 kq), Fərid Rzazadə (-50 kq), İbrahim Talıbov (-55 kq) və İlkin Qarayev (-66 kq) yarışı gümüş medalla tamamlayıblar. Sunay Salamova (-40 kq), Fatimə Abdullayeva (-44 kq), Könül Eyvazlı (-52 kq), Zəhra Mövləmverdiyeva və Nərmin Ağamirzəzadə (hər ikisi -52 kq), Fərid Xudiyev (-55 kq), Mehman Əsgərov (-60 kq) və Sənan Piriyev (-66 kq) isə bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, yarışa sabah daha 8 çəki dərəcəsində keçiriləcək görüşlərlə yekun vurulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Bütün Xəbərlər