Böyük dəyişiklik yaxınlaşır? Fransa millisində Zidan ehtimalı

Böyük dəyişiklik yaxınlaşır? Fransa millisində Zidan ehtimalı
14.02.2026 15:00 İdman

Madrid “Real”ının hücumçusu Kilian Mbappenin atası Uilfrid Mbappe Fransa millisinin gələcək baş məşqçisi ilə bağlı mümkün ssenarilərə münasibət bildirib. 

TodayPress TV AS nəşrinə istinadən xəbər verir ki, onun sözlərinə görə, Zinəddin Zidan milli komanda üçün çox yaxşı seçim ola bilər.

Uilfrid Mbappe qeyd edib ki, Zidanın ideal namizəd olub-olmadığını zaman göstərəcək, lakin onun təyin olunması futbol ictimaiyyətində müsbət qarşılanar. O, həmçinin hazırkı baş məşqçi Didye Deşamın gördüyü işləri yüksək qiymətləndirərək vurğulayıb ki, məşqçi postundan ayrıldıqdan sonra insanlar onun uğurlarını daha çox anlayacaqlar.

Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa millisinin sükanı arxasındadır və komanda ilə 2018-ci il dünya çempionatını  qazanıb. 2022-ci ildə isə “xoruzlar”ı mundialın finalına çıxarıb. Fransalı mütəxəssis Avropa çempionatlarında stabil nəticələr və nəsil dəyişiminin uğurlu idarəsi ilə diqqət çəkib. 

D.Deşamın müqaviləsi 2026-cı il dünya çempionatından sonra başa çatacaq. Zinəddin Zidanın mümkün namizəd kimi adı tez-tez hallanır. O, futbolçu kimi Fransa millisinin simvolu olmaqla yanaşı, məşqçi kimi də “Real Madrid”də Çempionlar Liqası uğurları ilə tanınır. Zidan milli komandanın keçmiş liderlərindən biri kimi böyük nüfuz sahibidir. O, ulduz futbolçularla işləmək təcrübəsi və turnir formatında uğurlu strategiya qurmaq bacarığı ilə həmkarlarından seçilir. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 Bütün Xəbərlər