Azərbaycan İdman Akademiyası UEFA tərəfindən dəstəklənən beynəlxalq layihəyə qoşuldu

Azərbaycan İdman Akademiyası UEFA tərəfindən dəstəklənən beynəlxalq layihəyə qoşuldu
21.07.2025 19:00 İdman

Azərbaycan İdman Akademiyası qadın futbolçular arasında zədələrin qarşısının alınmasına yönəlmiş beynəlxalq layihəyə qoşulub.

TodayPress TV xəbər verir ki, UEFA və UEFA Akademiyasının dəstəyi ilə həyata keçirilən təşəbbüs Mərkəzi və Şərqi Avropa ölkələrini əhatə edir.

Sözügedən layihənin rəhbəri Böyük Britaniyanın King’s College London ali təhsil müəssisəsinin və ASA-nın həkimlər üçün olan “İdman tibbi və reabilitasiya” magistr proqramının müəllimi Paulina Kloskovskadır. Akademiya tərəfindən layihənin koordinatorları isə Akademiyanın Tədris işləri üzrə prorektorunun müşaviri Zərifə Kamilova və İdman Tibbi Tədqiqatları Laboratoriyasının meneceri Rauf Əliyevdir.

Layihə Polşa Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində gerçəkləşir və qadın futbolunda zədələrin qarşısının alınması üzrə yerli ehtiyaclara uyğun elmi yanaşmaların inkişafını hədəfləyir.

Təşəbbüsdə Azərbaycanla yanaşı, Xorvatiya, Estoniya, Latviya və Sloveniya futbol federasiyaları da iştirak edir. Layihənin müşahidə və tövsiyə şurasında isə idman elmləri sahəsində beynəlxalq nüfuza malik mütəxəssislər – Kay Krossli, Coann Kemp, Andrea Bruder və Bruk Patterson yer alır.

Azərbaycan İdman Akademiyasının layihəyə tərəfdaş seçilməsi ölkənin idman təhsilinin beynəlxalq səviyyədə tanınmasının və qadın idmanının inkişafına töhfəsinin göstəricisi kimi qiymətləndirilir.

Layihə çərçivəsində qarşıdakı aylarda ilkin nəticələr və tədqiqat materialları ictimaiyyətə təqdim olunacaq.

XƏBƏR LENTİ
06 AVQUST 2026
"Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Bütün Xəbərlər