Aqil Nəbiyev: “Qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik”

Aqil Nəbiyev: “Qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik”
27.09.2025 15:26 İdman

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunları çərçivəsində Tacikistan yığmasına qarşı keçirilən ilk oyunla (1:0) bağlı fikirlərini bildirib.

TodayPress TV xəbər verire ki, baş məşqçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında qalibiyyəti torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə və qazilərimizə həsr etdiklərini deyib: 

“Bu qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik. 27 Sentyabr - Anım Günüdür. Futbolçularıma həmişə onu aşılayıram ki, biz qalib xalqın nümayəndələriyik. Başımız dik, alnımız açıqdır. Belə ölkədə yaşadığımız üçün fəxr edirik. Şəhidlərimiz, qazilərimiz qanı-canı bahasına torpaqlarımızı işğaldan azad ediblər. Futbolçulara da deyirəm ki, biz Azərbaycanın adını təmsil edirik. Onlar necə bayrağımızı ucaldıblarsa, biz də bunun davamını gətirməliyik”.

Aqil Nəbiyev komandanın əzmkar mübarizə apardığını söyləyib: 

“Oyuna çox ciddi hazırlaşmışdıq. Turnirin ən yaxşı komandalarından biri ilə qarşılaşdıq. Tacikistan yığmasının bir neçə oyununu təhlil etmişdik. Onlar son olaraq Rusiya yığması ilə heç-heçə etmişdilər. Aqressiv, çox qaçan, mübarizə aparan, texniki bacarığı üstün olan kollektivdirlər. Komandamız düzgün şəkildə mübarizə apardı. Ev tapşırığından sonra qol vurmağımız da bunu göstərir. Turnirə qələbə ilə başlamaq önəmli idi”.

Qeyd edək ki, multi-idman oyunlarının A qrupunda yer alan millimiz növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Səudiyyə Ərəbistanı səhranı yaşıllaşdırır: 159 milyon ağac 23:47 Fransada çaylar bir-bir quruyur 23:35 Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər 22:34 Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 “Sumqayıt” hazırlıq oyununda “İmişli”yə məğlub oldu 21:30 Azərbaycanlıların da olduğu gəmi VURULDU - TƏCİLİ 21:21 Bütün Xəbərlər