Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvanda oldu

Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvanda oldu
24.04.2026 17:54 Hərbi

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) olublar.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar ƏÜO Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib. Hərbi təhsil sahəsində əməkdaşlın cari vəziyyəti, perspektivlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

ƏÜO-nun Təlim və Tədris Mərkəzində müxtəlif sinif otaqları, simulyasiya mərkəzi və trenajorlar zalı ziyarət olunub.

Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseylə tanışlıq zamanı xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Qərargah, tədris korpusları, yataqxana və digər inzibati binalara baxış keçirib.

Səfər çərçivəsində Türkiyə-Azərbaycan Dostluq Parkı və tarixi-mədəniyyət abidələri ziyarət olunub.

TodayPress TV

FOTOLAR

Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvanda oldu — 1
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvanda oldu — 2
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvanda oldu — 3
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvanda oldu — 4
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvanda oldu — 5
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvanda oldu — 6
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvanda oldu — 7
XƏBƏR LENTİ
31 IYUL 2026
ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Bütün Xəbərlər