“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirildi

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirildi
17.07.2025 17:46 Hərbi

İyulun 17-də Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun “Qərargah zabiti kursu”nun buraxılışına həsr olunmuş mərasim keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

MMU rektorunun Elm və Təhsil üzrə müavini general-mayor Arif Həsənov çıxış edərək məzunları Müdafiə Nazirliyi və MMU rəhbərliyi adından təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycan Ordusunda aparılan genişmiqyaslı islahatlardan danışan general-mayor A.Həsənov ordu quruculuğunda müasir təhsil sisteminin daha da inkişaf etdirilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb, “Qərargah zabiti kursu”nun zabitlərin peşəkarlığının daha da artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Məzunlar adından çıxış edən kurs birincisi yaradılan şəraitə, eləcə də kursun yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyi və MMU rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlığını bildirib, qazandıqları nəzəri bilikləri xidmətlərində uğurla tətbiq edəcəklərini vurğulayıb.

Sonda kursu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

FOTOLAR

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirildi — 1
“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirildi — 2
“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirildi — 3
“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirildi — 4
“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirildi — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər