“Komanda-qərargah akademik kursu”nun buraxılış mərasimi keçirildi

“Komanda-qərargah akademik kursu”nun buraxılış mərasimi keçirildi
01.07.2025 12:05 Hərbi

Milli Müdafiə Universitetində (MMU) Hərbi İdarəetmə İnstitutunun “Komanda-qərargah akademik kursu”nun 25-ci buraxılışına həsr olunan mərasim keçirilib. 

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

MMU-nun rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək məzunlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun və digər rəhbər heyətin təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, həmçinin kursu tədris edən professor-müəllim heyətinə öz təşəkkürünü bildirib. O, peşəkar və müasir tələblərə uyğun zabit kadrlarının hazırlanmasının Ali Baş Komandan tərəfindən Azərbaycan Ordusunun rəhbərliyi qarşısında qoyulmuş prioritet məsələlərdən biri olduğunu qeyd edib və bu istiqamətdə görülən işlərin, o cümlədən hərbi təhsil sistemində aparılan islahatların Ordumuzun döyüş qabiliyyətinin və intellektual potensialının yüksəldilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb. 

Daha sonra “Komanda-qərargah akademik kursu”nu birinciliklə bitirən polkovnik-leytenant Vüsal Abdurahmanova diplom, fəxri fərman və hədiyyə təqdim edilib.

Kurs birincisi polkovnik-leytenant V.Abdurrəhmanov çıxış edərək tədris dövründə əldə etdikləri bilik və bacarıqlara rahat şəkildə yiyələnmələri üçün yaradılmış şəraitə və verilən təhsilə görə kurs yoldaşları adından Milli Müdafiə Universitetinin və Hərbi İdarəetmə İnstitutunun rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünü bildirib, məzunlar adından yaş kötüyünə rəmzi emblemi vurub. 

Sonda digər məzunlara diplomlar təqdim olunub və xatirə fotoları çəkilib.

FOTOLAR

“Komanda-qərargah akademik kursu”nun buraxılış mərasimi keçirildi — 1
“Komanda-qərargah akademik kursu”nun buraxılış mərasimi keçirildi — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 Bütün Xəbərlər