Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirildi

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirildi
29.08.2025 15:25 Hərbi

Cari ilin fəaliyyət planına əsasən, Azərbaycan Ordusunun qoşun (qüvvə) növü, baş idarə, birlik və birləşmələrinin hüquqşünasları, təhqiqat xidmət (bölmə) rəisləri, təhqiqatçılar və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib. 

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təlim-metodiki toplanışda çıxış edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə general-mayoru Elçin Əliyev hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, habelə Müdafiə Nazirliyinin rəhbərliyinin tələblərinə əsasən Azərbaycan Ordusunda qanunvericilik aktlarının yenilənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Həmçinin hərbi hissələrdə intizamın daha da möhkəmləndirilməsi, hüquq pozuntularının profilaktikası, hərbi qulluqçularla keçirilən hüquq və beynəlxalq humanitar hüquq hazırlıqlarının təşkili, hüquqi sənəd layihələrinin hazırlanması barədə danışıb.

Toplanış iştirakçılarının hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsi məqsədilə keçirilən təlim-metodiki toplanışda qəbul edilmiş hüquqi sənədlərin xidmət prosesində səmərəli tətbiqinin əhəmiyyəti barədə geniş söhbət açılıb, müvafiq sahə üzrə qarşıda duran vəzifələr, perspektiv planlar müzakirə edilib, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

FOTOLAR

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirildi — 1
Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirildi — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Bütün Xəbərlər