Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
14.02.2026 09:44 Hərbi

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranması günüdür.

Azərbaycan HHQ-si Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun HHQ-si ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir.

1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları (HHMQ) təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Yeri gəlmişkən, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

TodayPress TV xəbər verir ki, bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən HHQ və HHMQ Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.

Son illərdə ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib və onun aviaparkı müasirləşdirilib.

Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda, hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib.

Azərbaycan müstəqillik qazandığı dövrdən etibarən HHQ-nin inkişafında növbəti mərhələ başlayıb. HHQ-nin pilotlarının beynəlxalq təlimlərdə iştirakı, uçuş və döyüş hazırlığının artırılması daim diqqət mərkəzində saxlanılır. Azərbaycan HHQ-nin pilotları Müstəqil Dövlətlər Birliyi məkanında ən çox uçuş keçiriblər.

Bu gün Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Hərbi İnstitutda müxtəlif ixtisaslar üzrə peşəkar zabitlər hazırlanır. Onlar hərbi xidmətin çətinliklərinin öhdəsindən layiqincə gələrək respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda hər bir əmrə hazırdırlar. HHQ, HHMQ, Hərbi Dəniz Qüvvələri fakültələrində aviasiyanın döyüş idarəetməsi, eləcə də dənizçi ixtisasları üzrə peşəkar zabitlər, təyyarəçilər, şturmanlar, mexaniklər, silahlanmanın müxtəlif sistemləri üzrə mütəxəssislər, aviasiya xidmətləri, radiotexniki vasitələr üzrə mühəndislər hazırlanır.

Zəfərin başlanğıcı olan Aprel döyüşlərində HHQ qarşı tərəfə uğurlu zərbələr endirib. Döyüşdə “Mi-24” helikopterinin üç pilotu - Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə qəhrəmancasına şəhid olublar.

Hava şahinlərimizin, pilotlarımızın İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında böyük rolu olub. HHQ-nin hərbi qulluqçuları qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Vətən müharibəsində HHQ tərəfindən Ermənistan silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə “Qarabağ mücrüsü” adlı xüsusi əməliyyat planı hazırlanıb. Bu, hərbçilərimizin qarşı tərəfin fikrini yayındırmaq üçün variantları idi. Düşməni bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud aviasiya vasitələrini havaya qaldırıb, kütləvi aviasiya zərbəsi imitasiya edildi. Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevrlər edib. İkinci tədbir kimi, düşmənin bu üsulu başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus, göyərtəsində pilot olmayan, “kukuruznik” kimi tanınan AN-2 təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirilib. Plan uğurla icra olunub və Vətən müharibəsinin ilk günlərində HHQ ilə HHMQ-nin birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarılıb. “Bayraktar”, “Harop”, “Sky Striker” zərbə dronları düşmən hədəflərini məhv edib.

İkinci Qarabağ müharibəsində bir neçə pilotumuz Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olunub. Onlardan iki nəfəri bu mükafata ölümlərindən sonra layiq görülüb. Həmin müharibədə DSX-nin pilotlarından iki nəfər ilk günlərdə şəhidlik zirvəsinə ucalıb.

Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Parad zamanı hərbi texnikaların keçidi olub.

Hava Hücumundan Müdafiə silahları sistemləri kolonuna “Vətən uğrunda” medalı ilə təltif olunmuş general-mayor Zaur Yusifli başçılıq edib. Tribuna önündən “S-125 TM”, “BUK-MB”, “BUK-MB2K”, “İLDIRIM-8”, “S-300 FAVORİT” və “TOR-2M” zenit-raket komplekslərinin keçidi olub. Ardınca silahlanmaya yeni qəbul edilmiş Yerli Müdafiə Sənayesinin məhsulu “VİKİNQ” hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit qurğusu və “HQ-9” uzaqmənzilli zenit-raket kompleksi nümayiş olunub.

Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə HHQ-yə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu olub. “Akıncı” pilotsuz uçuş aparatı Bakı səmasında, Azadlıq meydanı üzərində 900-1500 metr hündürlükdə dövrə vuraraq çəkilişlər aparıb.

Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət bayraqlarını daşıyan “Mİ-17” döyüş-nəqliyyat helikopterləri üçlüyünə Vətən Müharibəsi qəhrəmanları – HHQ-nin komandanı general-leytenant Namiq İslamzadə və polkovnik Rəşad Nadirov başçılıq edib. “Qarabağ” ordenli general-mayor Zaur Rüstəmovun başçılığı ilə “Mİ-17” helikopteri isə Ümummilli Lider Heydər Əliyevin portretini nümayiş etdirib.

Paytaxt səmasında təntənəli aviasiya nümayişləri davam edib. Əvvəlcə polkovnik-leytenant Ziya Əliyevin başçılıq etdiyi uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş “Mİ-17” döyüş-nəqliyyat helikopterləri beşliyi klin düzülüşündə Azadlıq meydanının üzərindən keçib. Növbəti mərhələdə “Mİ-17” döyüş-nəqliyyat helikopterlərinin beşliyi klin düzülüşündə uçaraq tamaşaçılara heyranedici anlar yaşadıb. Bu beşliyə “Vətənə xidmətə görə” ordenli polkovnik-leytenant Sabit Hüseynov rəhbərlik edib.

Daha sonra polkovnik-leytenant Aslan Ramazanovun başçılığı ilə “MFİ-17” təlim təyyarələrinin beşliyi səmada dövrə vurub. Ardınca “L-39” təlim təyyarələrinin beşliyi klin düzülüşündə nümayişini davam etdirib. Qrupun rəhbəri “Vətənə xidmətə görə” ordenli polkovnik Əliyar Əsgərov olub. “İL-76” hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş “C-27J” yük təyyarələrindən ibarət üçlüyü polkovnik-leytenant Zəfər Fərhadov, “Rəşadət” ordenli polkovnik Ruslan Ələkbərov və “Qarabağ” ordenli polkovnik Vüqar Salahov idarə ediblər. Silahlanmaya yeni daxil olan “JF-17” çoxməqsədli qırıcı təyyarələrinin beşliyi də klin düzülüşündə nümayişini davam etdirib. Qrupa “Vətənə xidmətə görə” ordenli polkovnik Novruz Tahirov başçılıq edib. Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən “F-16” çoxməqsədli qırıcı təyyarələr beşliyi Bakı səmasında peşəkar uçuş nümayiş etdirib. Beşliyə Albay Nevzat Oflamaz başçılıq edib. Təkmilləşdirilmiş “SU-25-Laçın” hücum təyyarələri beşliyinin başçısı “Qarabağ” ordenli general-mayor Həsən Əlövsədov, 2-ci pilotu isə “Vətənə xidmətə görə” ordenli polkovnik Anar Həsənov olub. Sonuncu - Azərbaycanın Dövlət Bayrağının rənglərini paytaxt səmasında canlandıran “SU-25” hücum təyyarələri qrupuna “Vətənə xidmətə görə” ordenli polkovnik Ruslan Məmmədrzayev başçılıq edib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində islahatlar, yüksək pilotaja malik pilotların yetişdirilməsi davam etdirilir. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldilir, aviabazaların maddi-texniki təminatı gücləndirilir, uçuş və texniki heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

HHQ-nin şəxsi heyəti həlledici məqamlarda, Vətən müharibəsində olduğu kimi, bundan sonra da Ali Baş Komandanın istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.

Əminliklə deyə bilərik ki, bu gün silah sistemləri və hərbi texnikalarımızla Azərbaycanın hava məkanı düşmənin istifadəsindəki istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma vasitələrindən etibarlı şəkildə qorunub və bundan sonra da qorunacaq.

Hərbi Hava Qüvvələri Günü münasibətilə bu sahədə təmsil olunan bütün hərbçilərimizi təbrik edir, onlara Vətənin aydın səmasında Zəfər nümayişləri göstərmələrini arzulayırıq.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 Bütün Xəbərlər