Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda oldu

Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda oldu
20.06.2025 16:30 Hərbi

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub, hərbi təhsil müəssisəsinin zabit, kursant və professor-müəllim heyəti ilə görüşüb. 

TodayPress TV xəbər verir ki, əvvəlcə institutun ərazisində ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin heykəli önünə və şəhidlərin Xatirə kompleksinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda, xüsusilə hərbi təhsil sahəsində aparılan uğurlu islahatlardan danışan Baş Qərargah rəisi Azərbaycan Ordusunda tətbiq olunan beynəlxalq hərbi təcrübənin və müasir texnoloji yeniliklərin hərb elmi və təhsil sisteminin inkişafına müsbət təsir göstərdiyini bildirib. 

Azərbaycan Respublikasının Prezidentinin Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi zamanı qardaş ölkə ilə bağlı səsləndirdiyi fikirləri diqqətə çatdıran general-polkovnik K.Vəliyev ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu və yüksək səviyyədə olduğunu qeyd edib. 

General-polkovnik K.Vəliyev hərbi institutda təhsil alan kursantlara öz üzərilərində daim çalışmaq və ixtisas hazırlığına xüsusi diqqət yetirərək peşəkar zabit kimi inkişaf etmək ilə əlaqədar tövsiyələrini verib, onlara xidmətlərində uğurlar arzulayıb.

Sonda təhsilin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin göstərişləri hərbi təhsil müəssisəsinin rəhbərliyinə çatdırılıb və aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verilib.

FOTOLAR

Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda oldu — 1
Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda oldu — 2
Baş Qərargah rəisi Heydər Əliyev adına Hərbi İnstitutda oldu — 3
XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar gəlir.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Bütün Xəbərlər