Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir
27.06.2025 12:53 Hərbi

Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbul şəhərində keçirilən “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləyib.

TodayPress TV xəbər verir ki, sonra Konya şəhərinə gələn Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə  qonaqlara ətraflı məlumat verilib. 

“Anadolu Qartalı - 2025” təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiya vasitələri cəlb olunub.

Səfər çərçivəsində general-polkovnik K.Vəliyev Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb.

Keçirilən görüşlər zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

FOTOLAR

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir — 1
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir — 2
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir — 3
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir — 4
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir — 5
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir — 6
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir — 7
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir — 8
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bütün Xəbərlər