Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul etdi

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul etdi
20.05.2025 13:50 Hərbi

Mayın 20-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Manninonu qəbul edib.

TodayPress TV xəbər verir ki, əvvəlcə Şəhidlər xiyabanına gələn İtaliya nümayəndə heyəti ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdirib.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev italiyalı qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Baş Qərargah rəisi Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin peşəkar hərbi kadr potensialının artırılmasına xidmət etdiyini vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-polkovnik S.Mannino hərbi kursların, ixtisasartırma proqramlarının təşkili, eləcə də mütəxəssis hazırlığı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-İtaliya hərbi əlaqələrinin möhkəmlənməsində qarşılıqlı səfərlərin xüsusi önəm kəsb etdiyi bildirilib, maraq doğuran bir sıra digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər