Azərbaycan ordusunda "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilir

Azərbaycan ordusunda "İnsan Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilir
26.05.2025 16:37 Hərbi

Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində "İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir.

TodayPress TV xəbər verir ki, tədbirlərdə hərbi qulluqçularla insan və vətəndaş hüquqları və azadlıqları barədə maarifləndirici söhbətlər aparılır, videoçarxlar nümayiş etdirilir.

Çıxışlar əsnasında qeyd olunur ki, 18 iyun 1998-ci il tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib.

Bu mühüm təşəbbüsün davamı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun tarixi insan hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən sistemli və ardıcıl tədbirlərin, beynəlxalq insan hüquqları standartlarına uyğun islahatların və bu sahədəki nailiyyətlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edən İnsan Hüquqları Günü kimi təsis olunub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il bu əlamətdar gün ərəfəsində 18 may - 18 iyun tarixləri ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan edildiyi hərbi qulluqçuların diqqətinə çatdırılır.

Keçirilən tədbirlər zamanı qanunun aliliyi, hüquq mədəniyyəti, hüquqi məsuliyyət və inklüziv cəmiyyət prinsipləri təbliğ olunub, şəxsi heyəti maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Kiprdə SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər