Azərbaycan HDQ nümayəndə heyəti "SEAFUTURE 2025" beynəlxalq sərgisində iştirak edir

Azərbaycan HDQ nümayəndə heyəti "SEAFUTURE 2025" beynəlxalq sərgisində iştirak edir
30.09.2025 16:46 Hərbi

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya HDQ komandanı admiral Enriko Kredendinonun dəvəti ilə "SEAFUTURE 2025" 9-cu beynəlxalq sərgidə iştirak etmək üçün İtaliyada rəsmi səfərdədir. 

TodayPress TV xəbər verir ki, dəniz təhlükəsizliyi, regional əməkdaşlıq və hərbi dəniz qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə keçirilən sərgidə dünyanın müxtəlif ölkələrinin nümayəndələri, hərbi sənaye komplekslərinin təmsilçiləri və müdafiə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar iştirak edir.

Sərgi çərçivəsində Azərbaycan HDQ komandanı italiyalı həmkarı ilə görüşərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

Azərbaycan nümayəndə heyəti "SEAFUTURE 2025" beynəlxalq sərgisində təqdim olunan müasir dəniz texnologiyaları, innovativ hərbi dəniz həlləri və digər müdafiə məhsulları ilə tanış olub.

Azərbaycan HDQ-nin bu səviyyədə beynəlxalq tədbirlərdə iştirakı ölkəmizin regionda və beynəlxalq aləmdə təhlükəsizlik sahəsində artan rolunun bariz nümunəsi, eləcə də dəniz qüvvələrinin peşəkarlığının və hərbi texniki potensialının yüksəldilməsi istiqamətində atılan addımların tərkib hissəsidir.

TodayPress TV

FOTOLAR

Azərbaycan HDQ nümayəndə heyəti "SEAFUTURE 2025" beynəlxalq sərgisində iştirak edir — 1
Azərbaycan HDQ nümayəndə heyəti "SEAFUTURE 2025" beynəlxalq sərgisində iştirak edir — 2
XƏBƏR LENTİ
31 IYUL 2026
Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Bütün Xəbərlər