TƏCİLİ! Ramiz Mehdiyevin danışdığı qadın GÖRÜN KİM İMİŞ

TƏCİLİ! Ramiz Mehdiyevin danışdığı qadın GÖRÜN KİM İMİŞ
12.02.2026 17:04 Hadisə

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün yaydığı video materialda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin naməlum bir qadınla telefon danışığının fraqmenti var.

Söhbət zamanı Ramiz Mehdiyev qadından Azərbaycanda “dövlət idarəetmə sistemində dəyişiklik”lə bağlı – faktiki olaraq, dövlət çevrilişindən sonrakı idarəetmə modelinə dair hazırladığı məktubu kimlərəsə ötürmək üçün məsləhət istəyir.

Video fraqmentdə qadının şəxsiyyəti açıqlanmayıb.

TodayPress TV xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, bu qadın Rusiya Elmlər Akademiyasında (REA) çalışır və R. Mehdiyevin Rusiya təhlükəsizlik orqanları ilə təmaslarında vasitəçilik edib.

Mənbə bildirib ki, Mehdiyev AMEA prezidenti olduğu dövrdə (2019-2022) Rusiyadakı kuratorları ilə məhz təhlükəsizlik orqanlarının REA-dakı agenturası vasitəsilə əlaqə saxlayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2022-ci il fevralın 19-da AMEA prezidenti vəzifəsindən azad edilib. Bu hadisədən cəmi 3 ay əvvəl - 2021-ci il noyabrın 25–26-da o, Bakıda Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətini qarşılayıb. Mehdiyev qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında şəxsən qarşılayıb, AMEA-da keçirilən görüşdə isə ona REA-nın xatirə medalı təqdim olunub.

Rusiya kəşfiyyat orqanlarının (xüsusilə FSB-nin) Rusiya Elmlər Akademiyasında və digər elmi müəssisələrdə güclü nəzarət mexanizmləri və agentura şəbəkəsi saxlaması faktı beynəlxalq media və araşdırmalarda dəfələrlə qeyd olunub. Bu sistem SSRİ dövründən qalıb və bəzən kəşfiyyat əməkdaşları REA-da “məsləhətçi” və ya “ekspert” kimi fəaliyyət göstərir. Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin əlaqə saxladığı qadın da məhz belə “ekspert”lərdən biridir.

Həmin şəxsin şəxsiyyəti məlum olsa da, istintaq maraqlarına görə hələlik açıqlanmır.

Dövlət Təhlükəsizliyi Xidməti bu gün Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər