Sinaqoqda terrora hazırlaşan İŞİD-çinin məhkəməsində şahidlər dindirildi

Sinaqoqda terrora hazırlaşan İŞİD-çinin məhkəməsində şahidlər dindirildi
20.10.2025 16:25 Hadisə

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dinidirilib.

Şahid R.R-in (şərti inisial) 15 yaşı olduğu üçün qanuni nümayəndəsi ilə birgə ifadə verib. O, Abdulla Əliyevi tanımadığını söyləyib və tanımadığı bir şəxsin ona sosial şəbəkədən yazaraq bu işə yönləndirməyə çalışdığını əlavə edib: "Mənə "TikTok"dan yazıb dini yönəlimlə bağlı danışdırmağa çalışdılar. Daha sonra Abdulla ilə danışmışam. Mən bu məsələlərə qarışmamışam. Onların aralarında Sinaqoqa hücumla bağlı söhbət etdiklərinin şahidi olmuşam, amma əsla onlara qatılmamışam".

Şahid X.P. “Qış parkı” ərazisində "jek"in işçisi kimi çalışdığını və Abdullanı həmin yerin yaxınlığında tutularkən gördüyünü söyləyib: “Abdulla maşında ikən tutuldu. Maşında bıçaq, balta, benzin və sairə olduğunu gördüm. Hadisə yerində çəkiliş olanda Abdulla tapılan əşyaların onun olduğunu dedi".

Daha sonra sənədlərin tədqiqi mərhələsinə keçilib.

Prosesin davamında vəkilinin suallarını cavablandıran Abdulla Əliyev bildirib ki, o, "Əhli-sünnə vəl-Cəmaat" adlı islam cəmiyyətinin üzvü olub. Söhbətlərinin birində yəhudiləri öldürmək istədiyini söyləyib: "Mən dedim ki, Fələstin məsələsinə görə yəhudini rahat öldürərdim. Düzdür, molotov kokteyli söhbəti olub. Özümü təqsirli bilirəm ona görə ki, Azərbaycan tolerant ölkədir və mən bütün dinlərə hörmət etməliydim".

Sədrlik edən hakim ondan əlində fürsət olsa, bu əməli edib-etməyəcəyini soruşub. Abdulla Əliyev fikirləşdirdikdən sonra bildirib ki, edə bilməzdi.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Növbəti proses oktyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

Məlumata görə, o, yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücum planlaşdırdığı zaman DTX-nin peşəkarlığı sayəsində cinayət başında saxlanılıb.

Azərbaycanın Sumqayıt şəhərində yaşayan və “İŞİD Xorasan” terror təşkilatına bağlılığı olması araşdırılan 18 yaşlı Abdulla Əliyev Bakı şəhərinin mərkəzində yerləşən “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı genişmiqyaslı terror aktı həyata keçirməyə hazırlaşıb.

Abdulla Əliyevin “Abu Radd” ləqəbli terror liderinə beyət edərək terrorçu fəaliyyətlərə başladığı bildirilib. Belə ki, o, 28 dekabr 2024-cü il tarixində “KİA” markalı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən yəhudi sinaqoquna yaxınlaşıb. O, avtomobilindən çıxardığı 3 ədəd “Molotov kokteyli” və digər silahlarla içəriyə daxil olmağa cəhd edib. Amma DTX əməkdaşları onu bu əməli gerçəkləşdirə bilmədən dayandırıblar.

Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən 1 ədəd balta, 2 bıçaq və yandırıcı-partlayıcı vasitələr aşkar edilərək götürülüb.

Onun mobil telefonunda “SimpleX” ani mesajlaşma tətbiqi vasitəsilə yaratdığı “KHALIFATUL MUSLİMUN” adlı qrup aşkarlanıb. Təqsirləndirilən şəxsin “İŞİD Xorasan”ın liderlərindən biri ilə təmasda olduğu və təlimat aldığı da müəyyən edilib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 Bütün Xəbərlər