Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənildi

Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənildi
14.10.2025 22:00 Hadisə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 14-də davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş Xəyal Canbaxışovun hüquqi varisi – atası Xeyrulla Canbaxışov bildirib ki, övladı Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində həlak olub.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Elşad Şeydayev Kəlbəcərdə düşmənin təxribatı nəticəsində qolundan və ayağından xəsarətlər aldığını deyib.

Zərərçəkmiş Kamiz İbayev Kəlbəcərdə dumana düşərək azması nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən əsir götürüldüyünü söyləyib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman o bildirib ki, gözləri bağlanılaraq aparılıb, harada saxlanılması barədə məlumatı olmayıb. K.İbayev əsirlikdə olduğu müddətdə ona müxtəlif işgəncələr verildiyini, pis rəftara məruz qaldığını və döyüldüyünü deyib.

Zərərçəkmiş şəxs təqsirləndirilən R.Vardanyanın vəkili Avraam Bermanın suallarına cavabında əsir götürülən zaman Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən saxlanıldığını, əsirlikdə olduğu müddətdə R.Vardanyanı görmədiyini bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Taleh Rzayev Ağdərədə düşmənin minaatandan atdığı mərminin partlaması nəticəsində yaralandığını bildirib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Zaur Ələkbərov Xocavənd rayonunda düşmənin artilleriya silahından atdığı mərminin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını bildirib. Hadisə zamanı ondan başqa daha bir neçə şəxs yaralanıb.


Zərərçəkmiş Qismətpaşa Abbaszadə dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında Ağdamda düşmənin açdığı atəş nəticəsində xəsarət aldığını söyləyib. Qeyd edib ki, hadisə zamanı daha bir şəxs də yaralanıb.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Telman Adıgözəlov Xocavənddə düşmənin açdığı artilleriya atəşi nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş Elvin Məmmədov Ağdamda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində ağır xəsarətlər aldığını söyləyib. Aldığı xəsarətlər səbəbindən 23 gün komada qalıb. Hazırda ikinci qrup əlildir.

Rövşən Hacıbalayev Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində yerləşən Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını deyib.

Teymur Cəfərov Laçında düşmənin açdığı atəşlər nəticəsində yaralandığını bildirib. Hadisə zamanı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Aqil Quliyev Ağdamda düşmənin açdığı atəşlər nəticəsində yaralandığını bildirib.

Xəqani Quliyev ifadəsində Ağdamda düşmənin açdığı atəş nəticəsində güllə xəsarəti aldığını söyləyib.

Dəyanət Mərdanlı da Ağdamda düşmən təxribatı nəticəsində yaralandığını deyib.

Zərərçəkmiş Sərxan Rəhimov Ağdamda tibb xidməti avtomobili ilə yaralıları təxliyə etməyə gedən zaman Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib. Zərərçəkmiş deyib ki, təxliyə maşınının üzərində onun tibbi nəqliyyat vasitəsi olmasını göstərən nişan olmasına baxmayaraq atəşə tutulub. Nəticədə özü və digər şəxslər yaralanıb. Təxliyə etməli olduqları yaralı şəxslər isə vaxtında tibbi yardım göstərilmədiyindən vəfat edib.

Anar Seyidov, Türkan Cəfərov və Pərviz Adıgözəlov müxtəlif istiqamətlərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində müxtəlif xəsarətlər aldığını bildiriblər.

Zərərçəkmiş şəxs Məhərrəm Kərimli ifadəsində Ağdam-Ağdərə istiqamətində düşmənin açdığı snayper atəşi nəticəsində qol nahiyəsindən yaralandığını bildirib. M.Kərimli R.Vardanyanın sualına cavabında onu sosial şəbəkələr vasitəsilə tanıdığını söyləyib.

Sonra zərərçəkmiş şəxslər barəsində məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası oktyabrın 21-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Bütün Xəbərlər