Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxundu

Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxundu
30.07.2025 14:58 Hadisə

Almaniyada yaşayan bloger Qabil Məmmədovun Azərbaycan Cinayət Məcəlləsinin 24 maddəsi üzrə qiyabi məhkəmə araşdırması başla çatıb.

TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm elan edilib.

Məhkəmənin hökmü ilə Q.Məmmədovun barəsində 16 il azadlıqdan məhrumetmə ilə bağlı ittihamedici hökm çıxarılıb.

Qeyd edək ki, Q.Məmmədov 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək, onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 min 597 manat pul alıb.

Həmçinin Qabil Məmmədov sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.

İş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb. Qabil Məmmədova bu ilin yanvarında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs verilib.

(Report)

XƏBƏR LENTİ
02 AVQUST 2026
Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Bütün Xəbərlər