Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verdi

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verdi
18.08.2025 11:43 Hadisə

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahid qismində mərkəzdə tibb bacısı kimi çalışmış Fatimə Bağırova ifadə verərək bildirib ki, təqsirləndirilən Elnur Əhmədlini tanımır:

“Mərkəzdə gündüz növbəsində tibb bacısı vəzifəsində çalışıram. Səhər işə gələndə gördüm ki, şöbəmiz yanıb, ətraf su içindədir. Şöbəmizdə olan uşaqları başqa mərkəzə, məni və başqa iki tibb bacısını “Yeni Klinika”ya göndərdilər. Təqsirləndirilən şəxslərə gəldikdə isə Mehriban xanımı mərkəzin direktoru, Hamlet doktoru isə beşinci mərtəbədə yerləşən şöbənin müdiri olaraq tanıyıram. Onu da yuxarı qan, plazma götürməyə gedəndə bir-iki dəfə görmüşəm. Bizim şöbədə elektrik uzadıcılarından istifadə edilirdi, bununla bağlı qadağa qoyulmamışdı”.

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.

Mərkəzdə böyük tibb bacısı vəzifəsində çalışmış Məxbilə Qurbanova da prosesdə ifadə verib. O, hadisə baş verən gün mərkəzdə olmadığını bildirib: “Mən mərkəzdə baş tibb bacısı kimi fəaliyyət göstərmişəm. İşim tibb bacılarının fəaliyyətinə nəzarət etməkdir. Gəldim gördüm ki, şöbəmiz su içindədir, hər şey yararsız vəziyyətə düşüb. Təqsirləndirilən şəxsləri tanıyıram. Əvvəl mərkəzin strukturu fərqli idi. 2021-ci ildə mərkəzin akt zalında TƏBİB iclas keçirdi. Struktur dəyişikliyi baş verdi. Bunu bizə iclas zamanı dedilər. Buna etiraz edənlər də oldu, lakin xeyri olmadı. Bizi şöbə etdilər və Hamlet həkimin bölməsinin tabeliyinə verildik. Əvvəl 2 otağa baxırdıq, daha sonra 4 oldu. Xəstə çox olduğu üçün hətta otaq sayını 6 etmək istəyirdilər. Otaq sayı 2 olanda rahat işləyirdik. 4 otaq olanda küvezlər bir-birinə çox yaxın oldu. Uşaqların çoxluğundan otağa girmək mümkün deyildi. İş yükü çox idi. Ağır xəstə olan 2 uşağa 1 tibb bacısı, orta ağır olan 4 uşağa 1 tibb bacısı baxırdı. Ümumi 15 tibb bacısı var idi. Dəfələrlə Mehriban xanıma yükümüzün çoxluğu ilə bağlı məlumat versək də, Mehriban xanım bizə “işi bacarmayan işdən çıxa bilər”, deyirdi".

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.

Növbəti proses avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

XƏBƏR LENTİ
16 IYUN 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Bütün Xəbərlər