“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi

“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi
23.07.2025 11:57 Hadisə

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Abşeron rayonunda yerləşən “Milla Dairy” MMC-də “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

Bu barədə Nazirliyin Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsədzavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin və “Milla Dairy” MMC kollektivi iştirak edib.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları kollektivə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş zavodda təxliyə planına uyğun olaraq, işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış işçilərə “ilkin yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edilib ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.

FOTOLAR

“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi — 1
“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi — 2
“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi — 3
“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi — 4
“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi — 5
“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi — 6
“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi — 7
“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi — 8
“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi — 9
XƏBƏR LENTİ
21 IYUN 2026
Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İordaniya Kralı Azərbaycana səfərə dəvət edildi 14:30 Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etdi 14:32 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Gəncədə evdən meyit tapıldı 09:18 Bütün Xəbərlər