Gürcüstanda vəhşicəsinə öldürülən Fatimə haqqında yeni detallar ortaya çıxdı

Gürcüstanda vəhşicəsinə öldürülən Fatimə haqqında yeni detallar ortaya çıxdı
04.07.2026 12:55 Hadisə

Gürcüstanda vəhşicəsinə öldürülən Fatimə Kərimova ilə bağlı yeni detallar üzə çıxıb.

TodayPress TV Milli.az-a istinadla xəbər verir ki, 20 yaşlı Fatimə Kərimovanın öldürülməsi ilə bağlı bir çox informasiya həqiqəti əks etdirmir.

Fatimə Kərimovanın bir bacısı var. 2020-ci ildə anası, 2022-ci ildə isə atası vəfat edib. Orxan adlı şəxslə sevgi münasibəti olub və daha sonra ayrılıblar. Atasının vəfatından sonra isə varisliklə Fatimənin adına bir neçə daşınmaz əmlak keçib.

F.Kərimova bu müddət ərzində Orxan adlı şəxslə birlikdə həmin əmlaklardan birini satıb və əmlakın pul bölgüsü üstündə tərəflər arasında mübahisə yaranıb. F.Kərimova Orxanı məhkəməyə də verib.

Daha sonra Fatimə Kərimova K.M-lə ( ad, soyad şərtidir) tanış olub və ailə həyatı qurmaq qərarına gəliblər. Bundan sonra isə Fatimə Kərimovanın Orxan adlı şəxslə münasibətinin olması narazılıq yaradıb. K.M-in ailəsi bu münasibətə qarşı olub.

K.M isə ailəsinin qızdan ayrılmaq tələbini qəbul etməyib. Daha sonra cütlük Fatimə Kərimovanın bibisi oğlu olduğu deyilən Rahib adlı şəxs tərəfindən biznes qurmaq təklifi ilə Gürcüstana dəvət edilib. Cütlük bundan sonra Gürcüstana yollanıb. Bir müddət Gürcüstanda birgə yaşadıqdan sonra isə aralarında mübahisələr olub və Fatimə Kərimovanın bibisi oğlu da məsələyə müdaxilə edərək, yola getmirlərsə, ayrılmalarını məsləhət görüb. Bundan sonra K.M Fatimə Kərimovadan ayrılaraq Bakıya qayıdıb. Daha sonra isə o, Fatimə Kərimova ilə əlaqə saxlayaraq Bakıya qayıtmağı təklif edib. F.Kərimova isə əmisi oğlu Eminin gəldiyini və onunla birlikdə 3 gün ərzində Bakıya qayıdacağını bildirib. Sonra isə tərəflər arasında əlaqə kəsilib.

F.Kərimovanın əmisi oğlu bir müddət onu Tiflisdə kirayə tutduğu mənzildə saxlayıb və bu müddət ərzində F.Kərimovaya şiddət göstərib və son olaraq da boğaraq qətlə yetirib.

Cinayəti törətdikdən sonra isə sözügedən şəxsin digər bir xarici ölkəyə qaçdığı bildirilir.

XƏBƏR LENTİ
04 IYUL 2026
Laçına iyul ayında dolu yağdı 16:22 Zelenski Putini meydana çağırdı - Mənimlə orda görüşməyi problem olmaz... 16:11 Ukrayna Rusiyanın MiQ-29 qırıcısını məhv etdi - VİDEO 15:55 Ukrayna ordusu Rusiya helikopterini vurdu, strateji körpünü uçurdu 15:40 Bakıda maşın kanalizasiyaya düşdü - VİDEO 15:29 Meteohəssas insanları sabah nə gözləyir? 15:23 Məşhur aparıcı avtomobil qəzası keçirdi - FOTO 15:11 Azərbaycanlılar Gürcüstanda saxlanıldı 15:03 Məscidlərə gözü kor, dili lal olan Paris xristian təəssübkeşliyi çəkir? Bakıya qarşı açıq təxribat 14:44 Leysan suları İstanbulda həyatı iflic etdi 14:48 Sabah çimərliyə gedəcəksinizsə, bunu mütləq oxuyun 14:29 Qəzada ölən Amal narkotikə görə tutulubmuş - FOTOLAR 14:19 Yasamalda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ 14:01 Makronun xəyalı suya düşdü - Tehrandan Paris və Londona sərt xəbərdarlıq 13:51 Sabah hava necə olacaq? 13:23 Tramp 1000 nəfərlik dəstə ilə Türkiyəyə gəlir - Atatürkü ziyarət edəcək 13:08 Gürcüstanda vəhşicəsinə öldürülən Fatimə haqqında yeni detallar ortaya çıxdı 13:00 Türkiyədən Ermənistanla bağlı qərar - ermənilər niyə bayram edir? 12:47 Moskvaya kütləvi dron hücumu 12:31 Tehranın ən dağıdıcı silahı - Dünya iflic ola bilər 12:21 Pensiya yaşı ilə bağlı vacib açıqlama - Qanun dəyişir? 11:55 DÇ-2026: Messi yenidən zirvədə yerini aldı 11:46 Yasamalda 16 yaşlı yeniyetmənin öldüyü partlayışdan ƏN SON GÖRÜNTÜLƏR 11:37 Rusiya Bakıda həbsdə olan vətəndaşlarını bu azərbaycanlı ilə dəyişmək istəyir 11:28 Qubada “Gənclik və dəyərlər” layihəsi çərçivəsində tədbir keçirilib 11:13 Bütün Xəbərlər