FHN: Söndürülməmiş siqaret kötüyünün atılması ciddi yanğına səbəb olub

FHN: Söndürülməmiş siqaret kötüyünün atılması ciddi yanğına səbəb olub
29.07.2025 11:34 Hadisə

Siqaretin tam söndürülmədən zibil qutusuna və ya torbasına atılması bariz yanğın təhlükəsi yaradır.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) müraciətində qeyd olunub.

Bildirilib ki, hazırda yay fəslinin davam etdiyi qızmar günlərdə tam söndürülməyən siqaretin fəsadları quru hava şəraitində daha ciddi yanğınlara səbəb olur:

"Qeyd etmək lazımdır ki, belə hadisələrdən biri də Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 46 ünvanında baş verib. Adı çəkilən ünvanda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə inspektorları tərəfindən aparılmış ibtidai araşdırma nəticəsində, vətəndaş tərəfindən siqaret çəkilməsi zamanı ehtiyatsızlığa yol verilməsi səbəbindən maddi ziyanla nəticələnən yanğın hadisəsinin baş verdiyi müəyyən edilib. Məlum olub ki, vətəndaş söndürülməmiş siqaret kötüyünü karton qutuların içərisinə atıb, sonradan onun söndürülməsi üçün cəhd göstərsə də, siqaret közünün tam sönməsinə əmin olmadan ərazini tərk etdiyindən nəticədə yanğın hadisəsi baş verib".

Məlumatda qeyd olunub ki, analoji hərəkətlərin digər ərazilərdə də vətəndaşlar tərəfindən təkrarlanma halları istisna edilmir ki, bu da insanların kütləvi toplaşdığı müxtəlif təyinatlı, təhlükə potensiallı, o cümlədən mühüm əhəmiyyətli və həyat təminedici obyektlərdə, meşə və digər təbiət ərazilərində yanğınların baş vermə riskini artırır:

"Təəssüflə vurğulayırıq ki, genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasına baxmayaraq mövcud mənzərə vətəndaşların hələ də səhlənkar davranışlara yol verməsinin nümunəsidir. Bütün bunları nəzərə alaraq FHN bir daha əhalini xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Əsas etibarilə açıq ərazilərdə siqaret çəkilməsi zamanı ərazinin yanğına qarşı vəziyyəti düzgün qiymətləndirilməli, söndürülməmiş siqaret kötüyü ətrafa atılmamalıdır. Bəsit bir qayda pozuntusu ciddi və ağır nəticələrə səbəb olan yanğın hadisələrinin başlıca səbəbləridir".

XƏBƏR LENTİ
21 IYUN 2026
Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İordaniya Kralı Azərbaycana səfərə dəvət edildi 14:30 Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etdi 14:32 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Gəncədə evdən meyit tapıldı 09:18 Bütün Xəbərlər