Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: Fransız diplomatlar bizi informasiya mənbəyi kimi görürdülər

Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: Fransız diplomatlar bizi informasiya mənbəyi kimi görürdülər
03.10.2025 10:19 Hadisə

Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadə elan olunub.

O, ifadəsində Fransa səfirliyinin əməkdaşı Frederik Devos ilə telefon danışığı zamanı görüş təyin etdiklərini, amma görüşün səbəbini xatırlamadığını bildirib.

Azad Məmmədli Frederik Devosa öz CV-sini göndərib. Frederik ona fransız şirkətində işlə təmin edəcəyi ilə bağlı vədlər verib.

Martin Ryan Azad Məmmədli ilə yazışmasında bildirib ki, klaviaturası işləmədiyi üçün Fransa səfirliyinin digər əməkdaşı Loran Lödit ona səfirlikdən klaviatura və siçan hədiyyə edib. Hədiyyəni təqdim edərkən Loran Lödit qeyd edib ki, səfirlikdə istifadəsiz qalan çoxlu texniki avadanlıq var.

Bu hadisədən sonra Azad Məmmədlidə paranoya yaranıb. O, Loran Lödit tərəfindən verilən avadanlıqlarda dinləmə cihazı və ya gizli kamera yerləşdirilə biləcəyini düşünüb və fransız diplomatların onları dost deyil, mənbə kimi gördüklərini düşünməyə başlayıb: "Biz digərlərindən fərqliyik. Azərbaycanın geosiyasi vəziyyəti barədə məlumatlıyıq və bu bilikləri təhlil edib başqalarına ötürə bilərik, - deyə Azad Məmmədli yazışmalarında bildirib.

Yazışmanın davamında Martin Ryan Azad Məmmədliyə evində izləmə cihazı ola biləcəyindən şübhəli olduğunu bildirib. Eyni zamanda bu məsələnin bir mütəxəssislə dəqiqləşdirilməsini tövsiyə edib. A.Məmmədli isə Martinin dediklərinin gizli şəkildə yazılmasının belə onun üçün xəyanət kimi dəyərləndiriləcəyini deyib.

Söhbətin davamında Martin Ryan Azad Məmmədliyə fransız kəşfiyyatçısı Loran Qrardın "Siqnal" adlı yazışma proqramı vasitəsilə Qarabağda keçirilən antiterror əməliyyatı ilə bağlı informasiya əldə etməyə çalışa biləcəyini söyləyib. Lakin bu barədə əmin olmadığını, çünki həmin vaxt artıq "Signal" tətbiqini silmiş olduğunu da əlavə edib.

Digər danışıqlarda təqsirləndirilən şəxslər bir-birlərinə Azərbaycanın İran və ABŞ-la münasibətləri, USAİD-in bağlanmasının ölkədə doğura biləcəyi nəticələr və DTX tərəfindən izlənilmək qorxusu barədə bildiriblər.

Daha sonra prosesdə Azad Məmmədlinin ifadəsinin tam məzmunu elan olunub.

Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Bütün Xəbərlər