DİN kibertalamalarla bağlı əhaliyə çağırış etdi

DİN kibertalamalarla bağlı əhaliyə çağırış etdi
10.10.2025 10:25 Hadisə

Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı əhaliyə çağırış edib.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək "mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin" deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər:

"Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər. Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta sistemdə çətinliklər yaransa belə heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur".

Məlumatda qeyd edilib ki, bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər:

"Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə qoruyaq!".

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər