Canavarlar iki kəndə hücum etdi

Canavarlar iki kəndə hücum etdi
15.12.2025 23:50 Hadisə

Cəlilabadda canavarlar kəndlərə hücum çəkir.

TodayPress TV xəbər verir ki, Cəlilabad rayonunda bir həftəyə yaxındır ki  canavarlar qoyun sürülərinə hücum edir.

Yerli sakinlərin sözlərinə görə, canavarları əsasən Fərzili və Hamarqışlaq  kəndlərində görmək mümkündür. Hər iki kəndin otlaq sahələrində, əsasən də səhər saatlarında  təxminən 10–11 radələrində qoyunlar otarılan zaman canavarlar sürüyə hücum edir.

Belə halların kəndlərə yaxın, açıq ərazilərdə baş verməsi vəziyyəti daha da təhlükəli edir. Vəhşi heyvanların sürüyə hücumu nəticəsində ümumilikdə səkkiz baş qoyun yaralanıb. Onlardan üç-dördü sonradan tələf olub. Kənd sakinləri, xüsusilə uşaqların təhlükəsizliyindən narahat olduqlarını, heyvanları qorumaq üçün əlavə tədbirlərin görməsini istəyirlər.

Məsələ ilə bağlı Cəlilabad  rayon İcra  hakimiyyətinin  Astanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirdilər ki, hadisə ilə bağlı Rayon icra hakimiyyətinə, hüquq-mühafizə orqanlarına məlumat verilib. Yaxın günlərdə müvafiq tədbirlərin görüləcəyi planlaşdırılır.

TodayPress TV


XƏBƏR LENTİ
31 IYUL 2026
Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 Bütün Xəbərlər