Baş Prokurorluqda kollegiya iclası keçirildi

Baş Prokurorluqda kollegiya iclası keçirildi
23.04.2026 17:29 Hadisə

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluqda cari ildə görülən işlərə və qarşıda duran aktual məsələlərə həsr olunan geniş kollegiya iclası keçirilib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

İclası giriş nitqi ilə açan Baş prokuror bildirib ki, dünyada və regionda müşahidə olunan mürəkkəb geosiyasi vəziyyət fonunda Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə ölkədə ictimai-siyasi sabitliyin qorunması, hüquqi islahatların davam etdirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin olunması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkədə sabitlik təmin edilməklə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Eyni zamanda, prokurorluq orqanlarının aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Eyni zamanda "Şəhərsalma və Memarlıq İli" elan edilmiş 2026-cı ildə Azərbaycanda şəhərsalma və infrastrukturun inkişafı istiqamətində müasir şəhərsalma prinsiplərinin tətbiqi, dayanıqlı və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının geniş tətbiqinin bu sahədə həyata keçirilən siyasətin əsas qayəsini təşkil etməsi vurğulanaraq, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin və bunun məntiqi davamı olaraq soydaşların öz doğma yurd-yuvalarına intensiv formada köçünün təmin edilməsinin cari ildə də planlı şəkildə həyata keçirilməsi müsbət hal qismində qeyd edilib.

İclasda, həmçinin, bu müddət ərzində prokurorluq orqanlarında görülmüş işlər, əldə edilmiş nailiyyətlərdən bəhs edilərək xidməti fəaliyyətin təkmilləşdirilməsi, keyfiyyətinin daha da artırılması istiqamətində qarşıda duran əsas prioritetləri, o cümlədən Cinayət və Cinayət-Prosessual Məcəllələrində cinayət mühakimə icraatının elektron qaydada aparılması, elektron formada sübutlarla, onların toplanması, mühafizəsi və digər məsələlərlə bağlı edilmiş dəyişikliklərlə əlaqədar prosessual fəaliyyətdə tətbiqi zəruri əhəmiyyət kəsb edən təşkilati və hüquqi məsələlər diqqətə çatdırılıb.

Daha sonra Geniş Kollegiya iclasının gündəliyinə uyğun olaraq bir sıra aktual məsələlər müzakirə olunub.

İclasda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Baş prokurorun müavini Heydər Məmmədov məruzə ilə çıxış edərək cari ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan bu mötəbər tədbirin Azərbaycanın beynəlxalq hüquq-mühafizə əməkdaşlığında fəal iştirakının və korrupsiyaya qarşı mübarizə sahəsində təşəbbüskar mövqeyinin göstəricisi olduğunu, həmçinin görüş çərçivəsində iştirakçı dövlətlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm nəticələrin əldə ediləcəyini vurğulayıb.

İclasa yekun vuran Baş prokuror cari ildə prokurorluq orqanlarının qarşısında duran kifayət qədər məsuliyyətli məsələlərin həlli istiqamətində hər bir prokurorluq əməkdaşının öz bilik və təcrübəsini səfərbər edəcəyinə, prosessual fəaliyyətin yeni mərhələyə keçidinin təşkili və icrası ilə bağlı qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə və bundan sonra da hər zaman olduğu kimi qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və dövlət maraqlarının qorunması istiqamətində fəaliyyətlərini ən yüksək tələblər səviyyəsində quracaqlarına əminliyini ifadə edib.

TodayPress TV

FOTOLAR

Baş Prokurorluqda kollegiya iclası keçirildi — 1
Baş Prokurorluqda kollegiya iclası keçirildi — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Bütün Xəbərlər