Baş Prokurorluq 2025-ci ilin yekununa dair müşavirə keçirdi

Baş Prokurorluq 2025-ci ilin yekununa dair müşavirə keçirdi
21.01.2026 16:08 Hadisə

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə yanvarın 21-də geniş əməliyyat müşavirəsi keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, müşavirəni giriş nitqi ilə açan Baş prokuror Kamran Əliyev bildirib ki, ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin 5-ci ildönümünün təntənə ilə qeyd olunduğu, "Konstitusiya və Suverenlik İli" elan olunmuş 2025-ci il xalqımızın və dövlətimizin tarixinə növbəti uğurlu il kimi daxil olub.

Qeyd olundu ki, hesabat ilində həmçinin iqtisadiyyatın inkişafı, yeni investisiya layihələrinin, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin icrası müvəffəqiyyətlə davam etdirilməklə, vətəndaşların sosial rifah halının yüksəldilməsi təmin edilib.

Baş prokuror 2025-ci il avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xüsusi vurğulayaraq, bu nailiyyətin tarixi qələbəmizdən sonra, əldə edilmiş digər ən mühüm uğurumuz olduğunu qeyd edib.

Dövlət başçısının prokurorluq əməkdaşlarına göstərdiyi yüksək qayğının nəticəsi olaraq hesabat ilində Pirallahı, Nəsimi və Binəqədi rayon prokurorluqlarının yeni inzibati binaları, habelə Bakı şəhər prokurorluğunun yeni korpusu açılaraq prokurorluq əməkdaşlarının istifadəsinə verilib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, 2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14.104 cinayət hadisəsi törədilmişdir ki, onların 93,4 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətlərindən və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.

Qeyd olunub ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 258 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 212 şəxs barəsində 182 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 13.827.887 manat məbləğində maddi ziyanın 8.243.898 manatı və ya 59,6 %-nin ödənilməsi təmin olunub.

Paytaxtın daxili işlər orqanlarında 5484 cinayət işinin istintaqı tamamlanaraq, 4312 işin məhkəmələrə göndərilməsi təmin olunub.

Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, belə ki, şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 1 nəfər isə tutduğu vəzifədən azad olunub.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətəndaşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər